adalet.az header logo
  • Bakı -°C
27 Mart 2026 18:09
80
DÜNYA
A- A+

"İrana zərbələr gücləndiriləcək" - İsrailin müdafiə naziri

İranın mülki əhaliyə raket hücumlarına cavab olaraq İrana qarşı zərbələr gücləndiriləcək və genişləndiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.

"Baş nazir Benyamin Netanyahu və mən İran terrorçu rejimini İsrail vətəndaşlarına qarşı raket hücumlarını dayandırması barədə xəbərdar etdik. Xəbərdarlıqlara baxmayaraq, raket hücumları davam edir və buna görə də İsrail Müdafiə Qüvvələrinin İrana zərbələri gücləndiriləcək və rejimin İsrail vətəndaşlarına qarşı silah istehsalına və istifadəsinə kömək edən əlavə hədəfləri və əraziləri əhatə edəcək şəkildə genişləndiriləcək. Onlar bu müharibə cinayətinin bədəlini ağır şəkildə ödəyəcəklər", - deyə İsrael Katz qeyd edib.