Bayram günləri...
Novruz bayramında on bir gün iş olmayacaq.Əlbəttə, bu bir çox insanları çox sevindirir. Çünki bu on bir gündə kim ürəyi necə istəyirsə, eləcə də istirahat edəcək, dincələcək. Artıq bayram günlərinin çoxu geridə qalıb.
Əksər insanlar Bakıdan rayonlara , istirahat mərkəzlərinə üz tutub.Axı, kənd yerlərində yaz daha tez gəlir, ağaclar çicəkləyir, hər hər tərəfdə yaşıllıqlar, otlar baş qaldırır
Kol dibindən isə bənövşə boylanır və insanları salamlayır. Bunların ətrini duymaq və görmək adama xoş ovqat bəxş edir. Ona görə də Novruzun dadın çıxarmaq istəyənlər gərək bu gözəl anları heç vaxt unutmasınlar!Amma rayondan qayıdanda fərdi avtomobil sahibləri çox diqqətli olmalıdır. Ki, yol hərəkəti qaydalarına əməl etməli, sürət həddini aşmamalı, ara məsafəsi saxlamalı, dumanlı havada qəza işıqlarını yandırmalıdır.
Bir sözlə, bütün hərəkət iştirakçıları yol hərəkəti qaydalarına əməl etməlidirlər. Bax ötən bayramlarda respublika ərazisində ağır yol-nəqliyyat hadisələri baş verib, ölən və ağır xəsarət alanlar olub! Ancaq elə hərəkət etmək lazımdır ki, bu bayram günlərində belə ağır qəzalar və faciələr baş verməsin!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
26 Mart 2026 13:37
Havanın temperaturu 5 dərəcə enəcək - XƏBƏRDARLIQ
26 Mart 2026 13:00
Moped idarə edənlərin nəzərinə: Bu gündən...
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41


Bakı -°C

