Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının toplantısında - FOTO
Macarıstanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarının diplomatik köməkçilərinin toplantısı keçirilib.
Adalet.az xəbər verir ki, toplantıda Azərbaycanı Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev təmsil edib.
Toplantı ilə bağlı "X" hesabında paylaşım edən H. Hacıyev bildirib ki, Macarıstan tərəfinin dəvəti ilə Budapeştdə TDT çərçivəsində dövlət və hökumət başçılarının köməkçiləri səviyyəsində uğurlu görüş keçirilib: "Görüş zamanı təşkilatın Qəbələ Zirvə Görüşünün nəticələri nəzərdən keçirilib və Azərbaycanın sədrliyi dövründə müəyyən olunmuş prioritetlərə istinad edilərək mövcud qlobal çağırışlar fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlki sammitlərdə də vurğuladığı kimi zəngin təbii ehtiyatları, enerji potensialı və əsas nəqliyyat marşrutlarını əhatə edən strateji geosiyasi mövqeyi ilə türk dünyası Avrasiya qitəsində mühüm yer tutur və Türk Dövlətləri Təşkilatı artıq vacib geosiyasi mərkəzlərdən birinə çevrilib".
Toplantı çərçivəsində Hikmət Hacıyev bir sıra görüşlər də keçirib.
Digər Xəbərlər
27 Mart 2026 17:40
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi
27 Mart 2026 16:27
Ceyhun Bayramov Mirzoyanla müzakirə apardı
27 Mart 2026 16:10
Putin İlham Əliyevə təşəkkür etdi
27 Mart 2026 11:54
İlham Əliyev Gürcüstan səfirliyinə getdi - FOTOLAR
27 Mart 2026 11:52
“Bu halda boğaz hüquqi olaraq tam bağlanmamış görünər, amma...”
27 Mart 2026 11:13
Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü
27 Mart 2026 11:10
“Pekin bu müharibədə ABŞ-nin qələbəsini istəmir...” – Politoloq
27 Mart 2026 10:57


Bakı -°C

