“Yaxın şərqdə yaşananlar isə Azərbaycanın enerji təhcizatının əhəmiyyətini daha da artırır”
“Avropanın illik qaz tələbatı 500 kubmetrdən çoxdur. Azərbaycan isə 2025-ci ildə hasil etdiyi 51,5 milyard kubmetr təbii qazın 12,8 milyard kubmetrini TAP ilə Avropaya ixrac edib. Bu isə Avropa təlabatının cəmi 2,5%-i deməkdir. Sual yaranır. Bəs onda niyə Avropa ölkələri belə kiçik paya görə Azərbaycandan qaz idxalına bu qədər maraq göstərirlər?”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, bunun bir məntiqli cavabı var:
“Azərbaycan öz enerji resurslarindan siyasi alət kimi heç bir ölkəyə qarşı istifadə etmir. Etibarlıdır. İmzasına sahibdir. Ərazisi və kəmərləri təhlükəsizdir. Yəni ki, həcm baxımından az olsa da, onun qaz təhcizatı davamlıdır, dayanıqlıdır, risklər minimaldır. Elə buna görə də bu gün Gülüstan sarayında TAP AG şirkətinin icraçı direktoru Luka Skiepatti deyib kİ, Trans-Adriatik Boru Kəməri, yəni TAP üzrə kommersiya fəaliyyətinin başlanmasından bu günə qədər infrastrukturdan istifadə edən qaz daşıyıcılarının sayı 3-dən 47-yə yüksəlib. (Qaz ixrac etdiyimiz ölkələrin sayı isə 16-ya çatıb və onların 10-u Avropa İttifaqının üzvüdür.) Yaxın şərqdə yaşananlar isə Azərbaycanın enerji təhcizatının əhəmiyyətini daha da artırır. Qaz qiymətlərinin dinamikasına gəldikdə isə hər min kubmetr üçün 700 dollar, hətta min dollara qədər yüksəlmə ehtimalı vardı. Təbii ki, bu iqtisadi əsaslı deyil, hərbi-siyasi əsaslı ehtimaldır. Amma bütün hallarda bu yüksəlişin uzunmüddətli olacağını düşünmürəm”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

