adalet.az header logo
  • Bakı -°C
05 Fevral 2026 11:19
68
MƏMLƏKƏT
A- A+

“Məhz bu faktları aşkarlayan şəxs dünyada istismarın ən pis üzünü...”

“İnsan alveri ilə mübarizə tarixi əslində 1898-ci ilə təsadüf edir. İlk dəfə İngiltərənin Lordlar Palatası ağ dərili qadınların daşınması məsələsini müzakirəyə çıxarıb. Lakin problemlə bağlı hüquqi sənəd 1904-cü ildə Parijdə 7 dövlətin iştirakı ilə qəbul olunub. Ümumiyyərlə insan alveri ilə mübarizənin indiyə kimi 4 böyük dalğası qeydə alınıb. Sonuncu dalğa sovetlər dağıldıqdan sonra keçmiş MDB dövlətlərinə aid edilir”. 

Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
O, bildirib ki, müasir dövrdə 5 ci dalğa kimi rəqəmsal cəlb etmə və istismarı diqqətə almaq olsa da hələ bu məsələ dünyada xüsusi dalğa statusu almayıb:

“İnsan alveri ilə mübarizəyə dair bir çox konvensiyalar qəbul olunub, lakin həmin sənədlərin əksəriyyəti deklarativ xarakter daşıyıb. 1949-cu ildə müharibədən sonra BMT tərəfindən qəbul edilmiş konvensiya da bu səpgidəndir. 2000-ci ildə qəbul olunmuş Palermo Pratokolu problemə yeni yanaşma strategiyasını irəli sürərək problemə münasibəti dəyişdi. 2005-ci ildə insan alveri mövzusunda ilk film çəkildi bu filmdən gələn gəlir insan alveri qurbanlarının yardımına yönəldildi. İkinci real faktlarlara əsaslanan film “Fleytanın səsi” idi”. 

Ekspertin sözlərinə görə, real hadisələr və faktlar dünyada uşaq alveri və istismarı faktları sayəsində uşaqların istismarı məsələsini gündəmə gətirdi: 

“Məhz bu faktları aşkarlayan şəxs dünyada istismarın ən pis üzünü göstərə bildi. Bu hadisələri faktları aşkarlayarkən o həm karyerası, həm də həyatını təhlükəyə atmışdı. Onun çox övladı vardı. Lakin buna baxmayaraq o illərlə ailəsini tək qoyub başqa uşaqları istismardan azad edə bilmiş, dünyanın diqqətini problemə yönəltmişdi. Bu çətin yolu davam etməyi ailəsi ona dəstək olmuşdu”.

Vasif ƏLİHÜSEYN