“Öz niyyətlərinə çatmaq istəyən qaranlıq qüvvələr qəm dəryasına batıblar...”
“Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana təqdim edilməsi yaşadığımız dövrün bir neçə on illər əvvəl xəyala gəlməyən nadir hadisələrindən biridir. Nə üçün? Bu sualın cavabı cənab Prezidentimiz İlham Əliyevin çıxışında aydın şəkildə verilib”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, təşəbbüsçüsü ölkə başçımız olan və 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ dövlətinin şahidliyi ilə paraflanmış sənəd təkcə Azərbaycan və Ermənistan arasında sülh dövrünün başlanğıcını qoymadı, eyni zamanda daha geniş region üçün böyük imkanlar açdı:
“Dövlət başçımızın dediyi aşağıdakı fikirlər keçdiyimiz yolu, mövcud şəraiti və münasibətlərimizin gələcəyinin əsaslarını göstərir: “Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq. Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik.... bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik”.Mükafatın təqdim edilməsi erməni-azərbaycanlı, Azərbaycan-Ermənistan münasibətləri tarixində bir ilkdir. Yaxşı başlanğıcdır”.
M.Qasımlı bildirib ki, iki xalq arasında və regionda sülhü istəyən işıqlı qüvvələr bu hadisədən sevinir, intriqalar yaradıb, qanlı münaqişə və müharibələr törətməklə Cənubi Qafqazı qarışdırıb öz niyyətlərinə çatmaq istəyən qaranlıq qüvvələr isə qəm dəryasına batıblar:
“Amma işıq həmişə qaranlığı dəlib keçir. Regionumuzun gələcəyi sülh və qarşılıqlı faydalı əməkdaşlıqdadır. Qoy bundan sonra xalqlarımız döyüş meydanlarında həyatlarını itirən gənclərin tabutlarını deyil, qanlı müharibəyə son qoyan, sülh, əmin-amanlıq yaradan, qarşılıqlı faydalı əməkdaşlıq üçün səylər edən, biri-birinin əlini sıxan, haqq-ədaləti qoruyan dövlət rəhbərlərini alqışlarla, sevinclə qarsılasınlar! Qan tökməyi dayandıranlar, sülhü quranlar dahilərdir. Böyük Hüseyn Cavid yazırdı:“Kəssə hər kim tökülən qan izini,Qurtaran dahi odur yer üzünü”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

