“Azəriqaz” əhaliyə müraciət etdi
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq “Azəriqaz” İstehsalat Birliyinin bütün struktur bölmələri məlumatlandırılıb, sahələrdə risk yarada biləcək işlər minimuma endirilib.
İB-dən Adalet.az-a verilən məlumata görə, növbətçilik qrafiki əsasında 7/24 rejimində çalışan briqadalar gücləndirilmiş iş şəraitində fəaliyyətlərini davam etdirirlər.
Bildirilib ki, qaz təchizatının fasiləsizliyi, abonentlərlə bağlı məsələlər və mümkün risklərin qarşısının alınması istiqamətində görülən tədbirlər daimi nəzarətdə saxlanılır:
“Küləkli hava şəraiti zamanı tüstü bacaları ilə bağlı risklərin arta biləcəyini diqqətə çatdıraraq qeyd etmək istərdik ki, standartlara uyğun olmayan tüstü bacalarında sovurmanın zəifləməsi yanma prosesinin pozulmasına və nəticədə dəm qazının yaranmasına səbəb ola bilər.
Ölkə üzrə qüvvədə olan standartlara və texniki normativ tələblərə əsasən, tüstü bacası dam səthindən minimum 50 sm hündürlükdə olmalı və müvafiq qaydada quraşdırılmalıdır. Bu tələblərə əməl edilməsi küləkli hava şəraitində təhlükəsizliyin təmin olunmasına imkan yaradır.
Abonentlərə xüsusilə gecə saatlarında mənzillərdə qazla işləyən qurğuların söndürülməsi və ya avtomatik tənzimlənən avadanlıqlardan istifadə olunması, tüstü bacalarının mütəmadi təmizlənməsi və sovurmanın yoxlanılması tövsiyə olunur”.
Digər Xəbərlər
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27


Bakı -°C

