“Bu mexanizmdə kiçik düzəlişlər etməklə işçilərin gəlir itkisi aradan qalxar...”
“İşçilərin şikayətləri ilə həm HR, həm də mühasiblər yəqin ki, tez-tez rastlaşırlar. Xüsusən də bayramların çox olduğu aylarda məzuniyyətə çıxan insanların gəlir itkisi ilə bağlı narazılıqlar çox olur. Mövcud hesablanma qaydasının müsbət tərəfləri olsa da, bayram çox olan aylarda real fərq yaradır və işçinin aldığı məbləğ gözləniləndən xeyli aşağı olur”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
“Məsələn, aylıq əməkhaqqısı 1000 manat olan bir işçi 5 günlük məzuniyyətə çıxanda apreldə təxminən 932 manat alırsa, mart ayında bu məbləğ 802 manata düşür. Çünki, mart ayında bayram günlərinin sayı çoxdur. Bu vəsait fərqi insanların həmin aylarda məzuniyyət götürmək istəməməsinə səbəb olur.
Bu məsələyə ona görə indi toxunuram ki, hazırda Milli Məclisdə müvafiq qanunvericilik üzrə dəyişikliklər müzakirə olunur. Hesab edirəm ki, bu mexanizmdə də kiçik düzəlişlər etməklə, həm işçilərin gəlir itkisi aradan qalxar, həm də işəgötürən üçün planlaşdırma daha rahat olar. Məsələn, bayram günləri çox olan aylarda məzuniyyət hesablanarkən vahid orta göstəricinin tətbiqi və ya aylıq iş günlərinin fərqli olmasının kompensasiya edilməsi kimi mexanizmlər nəzərdən keçirilə bilər. Ya da digər mexanizmlər mümkündür”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Mart 2026 11:24
Ötən ay Azərbaycan türk dövlətləri ilə 500 milyon dollarlıq ticarət aparıb
03 Mart 2026 09:42
Azərbaycan nefti kəskin bahalaşdı
02 Mart 2026 11:46
Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri müzakirə edildi
02 Mart 2026 11:05
“İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə...”
28 Fevral 2026 12:15
“Bu qərar rəqəmsallaşma prosesini daha planlı və koordinasiyalı edəcək...”
28 Fevral 2026 11:30
Rusiya Azərbaycana yeni ticarət nümayəndəsi TƏYİN ETDİ
28 Fevral 2026 09:56
"Rəqəmsallaşma ölkənin texnoloji inkişafına təkan verəcək" - İqtisadçı
27 Fevral 2026 16:06


Bakı -°C

