Qobustanda yeni qayaüstü təsvirlər aşkarıb
Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.
Bu barədə Adalet.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir. Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir.
Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir. Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir.
Digər Xəbərlər
15 Aprel 2026 19:52
"Azəristiliktəchizat" dan abonentlər niyə imtina edirlər?
15 Aprel 2026 14:36
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödəniləcək? – RƏSMİ AÇIQLAMA
15 Aprel 2026 13:22
Sabah da yağış olacaq
15 Aprel 2026 12:48


Bakı -°C

