Müddəti başa çatan vergi güzəştlərinə yenidən baxılacaq
Azərbaycanda effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsində bildirilib.
Qeyd olunub ki, vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatan vergi güzəşt və azadolmalarının fiskal və iqtisadi səmərəliliyinin yenidən qiymətləndirilməsidir. Bu çərçivədə onların tətbiqinin məqsədəuyğunluğu müəyyənləşdirilir. Effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, prioritet sahələr üzrə zəruri hesab edilən güzəştlərin daha məqsədli və nəticəyönümlü şəkildə tətbiqinin davam etdirilməsi planlaşdırılır.
Digər Xəbərlər
20 May 2026 21:07
Dünya Bankı Azərbaycanda bu yolu bərpa edəcək
20 May 2026 11:17
Apreldə 174 minə yaxın insan aylıq sosial müavinət alıb
20 May 2026 10:24
"Qanunsuz tikililər üçün edilən amnistiya sosial qayğıları həll etsə də..." - Mikayıl Cabbarov
20 May 2026 10:19


Bakı -°C

