Baş nazirdən Xəzərlə bağlı QƏRAR
Nazirlər Kabineti Xəzər dənizinin ölkəmizə məxsus bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze Resort” istirahət zonası üçün yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb. Bunun 9,08 hektarı sahilboyu zolağın altında, 46 hektarı isə su akvatoriyasında yerləşir.
Sənədə əsasən, sahilboyu əraziyə bitişik iki süni torpaq sahəsi yaradılacaq. Bu sahələrdən biri düzbucaqlı, digəri isə gəmi formasında olacaq.
Qərarda qeyd olunub ki, tikinti işləri başa çatdıqdan və obyektlərin istismarına icazə verildikdən sonra həmin ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ediləcək. Eyni zamanda, yaradılacaq süni torpaq sahəsi inzibati baxımdan Sabunçu rayonunun Nardaran qəsəbəsinin ərazisinə daxil ediləcək.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ayrılmış torpaq sahəsi üzrə icarə hüququnun dövlət qeydiyyatına alınması və bu məqsədlə “Nardaran İnvest” MMC ilə müvafiq müqavilənin bağlanması təmin ediləcək.
Tikinti işlərinə icazə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna uyğun olaraq veriləcək.
Qərarın icrası ilə bağlı məsələlərin həlli müvafiq dövlət qurumlarına tapşırılıb.
Digər Xəbərlər
20 May 2026 20:32
Bakı Şəhərsalma Mükafatı təsis edilib - FOTOLAR
20 May 2026 20:28
Xarici media nümayəndələri üçün mediatur təşkil edildi - FOTOLAR
20 May 2026 17:36
"Dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır" - DMX rəisi
20 May 2026 16:37
WUF13-ə onlayn qeydiyyat bərpa edildi
20 May 2026 16:21
"Bakıda ağacların uçotu sistemi tətbiq edilib" - Umayra Tağıyeva
20 May 2026 16:01
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
20 May 2026 15:44
Səhiyyə Nazirliyi Travmatologiya İnstitutunun statistikasını açıqladı
20 May 2026 15:04


Bakı -°C

