Hansı maşını alaq?! - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
130 | 2025-05-17 19:41

Dünyada o qədər yeni, müasir avtomobillər var ki, adam bilmir hansını alsın! Təbii ki, hər öz zövqünə və imkanına uyğun maşın axtarır, xoşuna gələni alır. İmkanlı adamlar üçün heç bir məhdudiyyət yoxdur.

Yəni pul var, imkanı yaxşıdı, hansı markadan desən avtomobil ala bilər. İstər bu  maşın yüz min olsun, istərsə də, beş yüz min! Fərq eləməz!!!Əsas məsələ odur ki, avtomobil sənin istəyincə olsun.Amma  Almaniya, Yaponiya və Koreya istehsalı alan avtomobillər daha keyfiyyətli, daha komfortlu və daha dözümlü olur. Mənim bir dostum  var, alman istehsalı olan 1995-çi ilin  avtomobilini sürür.Hələ indiyə kimi bir dəfə xarab olub, yarıyolda qalmayıb.Dördgöz " Mercedes" bu gün də saz vəziyyətdədir. Dostum deyir ki, hər şey maşına yaxşı baxmaqdan asılıdır.Mən də maşına çox yaxşı xidmət edirəm, təzə maşından bu," dördgöz" daha yaxşıdı.      

Aydındır ki, bu gün dünya bazarında məşhur avtomobil firmaları arasında  böyük rəqabət gedir. Və hər istehsalçı da  bazarı ələ almaq istəyir. Alıcı isə ucuz və keyfiyyətli avtomobilə üstünlük verir. İndi dünya bazarında Çin Xalq Respublikasının istehsalı etdiyi avtomobillər daha çoxdur.Çünki bu avtomobillər  adını çəkdiyimiz ölkələrin istehsal etdiyi avtomobillərdən  daha ucuzdur!Ona görə də , bu gün ölkəmizdə Çin istehsallı maşınlara böyük tələbat var. Amma bu avtomobillərində bir çox texniki qüsurları var.Belə ki, o maşınların dörd -beş aydan sonra bəzi detalları sıradan çıxır və bu hissələr ölkəmizdə tapmaq olmur.

Gərək Çinə sifariş edəsən, ordan tapıb gətirənlər. Buna da nə qədər vaxt gedir.Amma həmin avtomobillərin hissələrinin ölkəmizdə satışı təşkil edilsə, o maşınları alan insanlar əziyyət çəkməz! Heç şübhəsiz, bir neçə  ildən sonra bu məsələlər də , həllini  tapacaq.Ancaq insanların ürəyi hansı avtomobili istəyirsə, onu da ala bilər!!!

TƏQVİM / ARXİV