Onlarla teleserial bir "Ac hərflər" ə dəyməz
Bu gün müxtəlif televiziya kanallarında bəlkə də yüzə yaxın teleserial göstərilib. Əksəriyyətinin də mövzusu eyni; ya ailə- məişət məsələləri, ya da kriminal hadisələr! Baş düşmək olmur ki, bu teleserialların ssenarisini yazanlar, onu çəkən rejissorlar nə demək istəyir.
Bir sözlə, əksər teleseriallarda nə ssenari yönnüdü, nə rejissor işi, nə də aktyorların oyunu! Onlar insanlığı, sevgini, vətənpərvərliyi deyil, vurub yıxmağı, davanı, narkotikanı, kriminal aləmin adamlarını təbliğ edirlər. Bəlkə yalan deyirik?! Yüz seriallıq filmdə bir müsbət element tapmaq mümkün deyil.
Görəsən, teleseriallara bir dəfə baxan tamaşaçı ikinci dəfə onu baxmaq istəyirmi?! Bəlkə də baxan var! O da ən yaxşı halda bir faiz tamaşaçı ola, ya olmaya! O teleserialları çəkən rejissorlar görəsən, Ramiz Həsənoğlunun " Ac hərflər" tamaşasına baxıblarmı?! Mən o tamaşaya bir əlli dəfə baxmışam, zövq almışam və indən sonra da əlli dəfə də baxmaq istəyirəm. Çünki " Ac hərflər" tamaşası ölkəmizdə çəkilmiş bütün teleseriallara dəyər. Bu tamaşaya baxaram, ancaq o teleseriallara bir dəfə də baxmaram! Sadəcə olaraq bu teleseriallar camaatı başını qatmağa hesablanıb.Ssenarist və rejissor pulu alıb yeyir, aktyorlara( özü də tanınmayan) qəpik- quruş verirlər.
Burda sənətdən və sənətkardan söhbət belə gedə bilməz! Qardaş, bir günə , bir həftəyə film çəkilməz.Sovet dönəmində bir epizodu, iki aya çəkirdilər. Ona görə də o dövrdə çəkilən filmlər, tamaşalar uzun illərdir yaşayır, amma indiki teleseriallar isə bir ildən sonra yaddan çıxır. Nə ssenarist yadda qalır, nə rejissor, nə də aktyorlar!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

