Tikinti materialları da bahalaşıb
Yanacağın qiymətinin artması ilə əlaqədar olaraq , digər məhsullar kimi mişar daşının, taxtanın, sementin, eləcə də digər materialların qiyməti yüksəlib.
Təbii ki, bu da ev tikmək istəyənlərin qanını qaraldıb! Əlbəttə, qiymət artımı istər-istəməz insanların ovqatına da mənfi təsir edib. Mişar daşında artım 30 qəpik, taxtada 30-40 manat, kərpicdə 15 qəpik, sementdə 40 qəpik yüksəlmə var! Heç şübhəsiz, qiymətlərin qalxması tikinti sektoruna mənfi təsir göstərib.
Eləcə də bahalığa görə, ev tikənlər xeyli azalıb. Və bundan sonra nələr olacaq dəqiq bir söz demək mümkün deyil! Tikinti ekspertləri isə çox bədbindilər və onlar bildirirlər ki, belə getsə, inşaat materiallarının ucuzlaşmasından söhbət belə gedə bilməz! Əksinə , tikinti materialları bir qədər də bahalaşa bilər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26
2027-ci ilin dövlət büdcəsində 2026-cı illə müqayisədə hansı dəyişikliklər gözlənilir?
18 Sentyabr 2026 09:31


Bakı -°C

