Dünya Qarabağlı: Qoy deyim ki,ürəyimdə qalmasın

Ürəyimdən bir söz gəlir dilimə,
Qoy deyim ki,ürəyimdə qalamsın.
Görən gündən vurulmuşam mən sənə,
Qoy deyim ki,dərd qəlbimi almasın.
******
Məni sevdiyini bilənə kimi,
Üzünə gülüşlər gələnə kimi,
İnan,sevəcəyəm ölənə kimi,
Deyim sənə ürəyimdə qalmasın.
******
Sən mənim havamsan,sən mənim suyum,
Sən mənim baharım,sən mənim yayım,
Olmusan qismətim,həm şirin payım,
Mən deyim ki,ürəyimdə qalmasın.
******
Saç ağarıb bəyaz donu geysədə,
Yaş çoxalıb,qamətimi əysədə,
Sevəcəyəm əcəl gəlib yetsədə,
Sənə deyim ürəyimdə qalmasın.
******
Məcnunun adı var,divanəyəm mən,
Eşqimin yolunda pərvanəyəm mən,
Sevən ürəyimdi,nəkarəyəm mən?
Söyləyim ki,ürəyimdə qalmasın.
******
Məhəbbətdən alışıram,yanıram,
Aşiq desəm təkcə səni anıram.
Sevənlərdən mən Məcnunu danıram,
Mən deyim ki,ürəyimdə qalmasın.
******
Sevgi var ki,dəli edir insanı,
Sevgi var ki,məhv eləyir bir canı,
Sevgi var ki,gözü görmür cahanı,
Qoy deyim ki,ürəyimdə qalmasın.
******
Divanə eyləyir sevgi hər kəsi,
Dəyişdirir həm insanı,həm səsi,
Ağır olur,inan sevginin dərsi,
Mən deyim ki,ürəyimdə qalmasın.
******
Sevən kəsə dəli demə,günahdı.
Göz yaşları qaynayan bir bulaqdı.
Çətin günlər sevən üçün sınaqdı.
Qoy deyim ki,ürəyimdə qalmasın.
******
Şeirin müəllifi-Dünya Qarabağlı Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.
Digər Xəbərlər

Azərbaycan Səfəvilər Dövlətinin orta əsrlərdə ilk dəfə olaraq XVI əsrin II yarısında İngiltərənin Moskva şirkəti ilə ticarət əlaqələri

ZİYALI ÖMRÜ

Ayaz Arabaçı: Bir qazi çay aparır iki fərarinin oturduğu masaya..
