Gözünü taxıla dikənlər...

Bu il ölkəmizdə əvvəlki illərə nisbətən daha çox sahədə taxıl əkilib.
Heç şübhəsiz bu, məmləkətimizdə taxıl bolluğu yaradılmasına əsaslı kömək edəcək. Əgər düsünsək ki, biz idxal etdiyimiz ərzaq buğdasının böyük hissəsini Rusiyadan və Qazaxıstandan alıriq, həmin ölkələrdə bu sel, daşqınlar olub, belə bir durumda onların xaricə satacaqlari məhsullar da az olacaq.
Qonşuya ümid olansa, bəzən şamsız qalar. Ona görə də çox məsələni, o cümlədən taxıl qıtlığını daxili imkanlarımız hesabına həll etməliyik! Şükür Allaha bu il işğaldan azad olunmuş ərazilərimizdə çoxlu taxıl əkilib . Üstəlik də, deməyə torpaqlarda yağış yağdığına görə, bu il bol taxıl var! Hava şəraiti imkan versə, çörəyimiz bol olacaq! Bir fermer deyir ki, builki kimi dəmiyə sahələrdə bol məhsul yetişməyib.
Allah dua edirik ki, dolu, leysan yağışlar yağmasın və rahat taxılımızı biçək! İnşallah Tanrı bizi darda qoymaz! Və çörək bol olarsa, basılmaz Vətən!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

Baş nazir 2026-cı ilin büdcəsi ilə bağlı tapşırıq verdi

Əli Əsədov nazirləri topladı - Qarabağ və Şərqi Zəngəzurla bağlı müzakirə aparıldı

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

"Azərbaycanda ət qiymətləri yüksəkdir" - Deputat

"Aqrar sektorla bağlı ixtisaslı kadr çatışmazlığı var" - Komitə sədri

ABŞ Zəngəzur dəhlizi üçün 145 MİLYON DOLLAR AYIRACAQ

50 manat cərimə!
