28 May 2024 18:51
1617
AVTOMABİL

Beş dəqiqə əvəzinə...    

28 may Müstəqillik günündə Bakıda çox adam şəhər gəzintisinə çıxır, Dənizkənarı parka yolun salır və digər gözəl yerlərə  baş çəkirlər.

Həmin gün mən də bir dostumla  şəhərə  gəzməyə getmək istədim. Amma Yeni Günəşlidə  50 nömrəli marşrutda işləyən avtobusu gözləməkdən lap təngə gəldik! Tərs kimi də bayram günü Bakıda hava çox isti idi.Adi vaxtlarda dayanacağa beş dəqiqədən  bir çatan avtobus 15 dəqiqə keçməsinə baxmayaraq, hələ də  gəlib çıxmaq bilmirdi. Axır ki, 20 dəqiqədən  sonra avtobus bir təhər dayanacağa gəlib çatdı!

Dayanacaqda isə çoxlu sərnişin vardı. Hamı bir təhər avtobusa  mindi.  Sərnişinlərdən  biri sürücüdən soruşdu ki, bəs bayram günüdur, niyə gec gəlirsiniz ? Sürücü də  dilləndi ki,  maşınlarımızın bir neçəsi xarab olub, xəttən çıxıb. Ona görə də belə vəziyyət yaranıb! Ümumiyyətlə, 50 marşrutda belə hallar tez- tez baş verir. Ən azından ona görə ki, bu avtobuslar  çoxdan istismar müddətin başa çatdırb.

Başqa sözlə demiş olsaq, onlar fiziki və mənəvi cəhətdən  göhnəlib.  Bunu görə də o avtobuslar yeniləri ilə əvəzlənməlidir.Bələkə bundan sonra 50 nömrəli marşrutda  işləyən  avtobuslar vaxtında dayanacaqlara  çata və sərnişinlərə rahat mənzil başına catdıra!

Emil Faiqoğlu