adalet.az header logo
  • Bakı -°C
20 Iyun 2026 15:57
80
DÜNYA
A- A+

Fransada rekord istilər - 60 vilayətdə narıncı xəbərdarlıq

Fransada həddən artıq isti havaya görə 60 vilayətdə narıncı xəbərdarlıq elan edilib.

Adalet.az xəbər verir ki, Fransanın meteorologiya xidməti tərəfindən yayılan məlumata görə, bəzi bölgələrdə havanın temperaturunun gün ərzində 41 dərəcəyə qədər yüksələcəyi gözlənilir.

Qeyd olunur ki, anomal istilər gələn həftə ərzində də davam edəcək.

Mövcud vəziyyətlə əlaqədar Fransa hökuməti tədbirləri gücləndirib.

Yerli vaxtla saat 11:00-dan etibarən hökumət üzvlərinin iştirakı ilə isti hava şəraiti ilə bağlı böhran toplantısının keçirilməsi planlaşdırılır.