adalet.az header logo
  • Bakı -°C
18 Iyun 2026 11:17
68
AVTOMABİL
A- A+

Yolun ortasında qalan avtomobil...

Biz tez-tez belə hadisələrin şahidi oluruq. Bir də görürsən ki, nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi magistral yollarda , eləcə də  Bakı prospektilərdə bir avtomobil də texniki qüsur yaranın və bu nasazlığan görə maşın yolda qalıb.

Bir çox sürücülər belə vəziyyətdə çıxış yolu tapa bilirlər . Onlar vaxt itirmədən qəza işıqların yandırır, avtomobilin arxasını açaraq orda olan təhlükəsizlik avadanlığından istifadə edir və xəbərdaredici  nişanlar artıq uzaqdan görünür.

Eyni zamanda operativ olaraq kömək üçün evakuator xidmətinə müraciət edir. Təbii ki, həmin xidmətin əməkdaşları da vaxt itirmədən hadisə yerinə gələrək texniki  cəhətdən sıradan çıxmıs avtomobili oradan götürüb aparır.

Bununla da , mövcud təhlükə aradan qaldırır və təhkükə sovuşur.Amma bəzən həmin nasaz avtomobil vaxtında təhlükəsizlik tədbiri görülmədiyin və sürücünün məsuliyyətsizliyindən ağır qəzalar baş verir. Belə ki, bir neçə gün bundan əvvəl Bakı- Quba avtomobil yolunda  texniki cəhətdən sıradan çıxan  və yolun hərəkət hissəsində qalan sürücünün məsuliyyətsiiyi üzündən ağır qəza baş verib.

Çünki nəqliyyat vasitəsini idarə edən sürücü heç bir təhlükəsizlik tədbiri görməyib. Çıxış yolu kimi o, maşının arxasında dayanıb əl hərəkətləri edir. Təbii ki, bunu da həmin istiqamətdə hərəkət edən  əksər sürücülər görmürlər .Elə həmin an  yüksək sürətlə hərəkət edən motosiklet gəlir  və arxadan avtomobilə çırpılır.

Nəticədə ağır qəza baş verir, 17 yaşlı qız  xəstəxanaya çatdırılsa da , onun həyatını xilas etmək  mümkün olmur, o, dünyasın dəyişir. Qəzada ölən qız beynəlxalq hüquq üzrə professor, məşhur vəkilin övladı imiş... Bax bir səhlənkar sürücünün günahi üzündən bir gənc qız həlak oldu. Ümumiyyətlə, bu hadisə digər sürücülərə bir dərs olmalı, avtomobillər yolda xarab olub qalarkən təcili surətdə onlar həmin yerdən götürülməlidir . Ki, ağır yol-nəqliyyat hadisəsi baş verməsin!!!

Emil FAİQOĞLU