adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 09:00
85
AVTOMABİL
A- A+

Avtomobillərin qiyməti ucuzlaşır?

Son illər xarici dövlətlərdən ölkəmizə on minlərlə  avtomobillər gətirilib. Xüsusilə də Çin Xalq  Respublikasından gətirilən avtomobillərin sayı daha çoxdur! Gözəlmək olardı ki, ölkə gətirilən avtomobillərin çoxluğundan sonra onların qiyməti ucuzlaşacaq.

Amma belə olmadı, əksinə onların qiyməti daha da yüksəldi! Bir vaxtlar  alıçılar Çin maşınlarına daha üstünlük verirdi. Çünki onlar Avropa, Yaponiya, Koreya avtomobillərə nisbətən ucuz  idi. Ancaq bu il onların gömrük rüsumunun  artırılması, eləcə də, leysan yağışlar zamanı  sudan keçərkən sıradan çıxması və texniki nasazlığı Çin maşınlarına etibarı azaltdı!

Belə olan təqdirdə insanlar ikinci əl avtomobillərə, o cümlədən Avropa maşınlarına böyük üstünlük verirlər! Ümumiyyətlə, bütün növ avtomobillərin qiyməti 1000- 1500 manat civarında bahalaşıb! Bu isə birmənalı olaraq alıçılıq  vəziyyətinə mənfi təsir  göstərir.Bir sözlə, maşın bazarlarında  avtomobil satışı  çox zəifdir. Ona görə də maşın bazarında alıçılıq   aşağı enib! Və bundan sonra da vəziyyət necə olunacaq  bilinmir!!!

Emil FAİQOĞLU