14 May 2024 15:51
2381
AVTOMABİL

Səkilər zəbt olunur...  

Artıq Bakıda səkilərin avtomobil sürücüləri tərəfindən  zəbt  olunması adi hal alıb!  

Bu günlər də yolum Nərimanov  rayonunun Əhməd Rəcəbli kücəsinə düşmüşdü.Çox təəssüf ki, küçə ilə hərəkət edəndə qanqaraldıçı hadisə ilə üžləşdim . Belə ki,  piyadalar üçün nəzərdə  tutulmuş bu Şəkinin əksər yerə avtomobil sürücüləri tərəfindən  zəbt olunmuşdu.

Başqa sözlə demiş olsaq, piyadaların rahat gediş- gəlişi  burada  çox çətinləşib! Ona görə də piyadalar belə vəziyyətdən  çox narazılıq  edirlər! Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin  şöbə rəisi, polis kapitanı Toğrul Nəsirli deyir ki, yol polisi həmişə belə xoşagəlməz  hadisələrə  qarşı mübarizə aparır.

Əlbəttə , səkinin zəbt olunması üçün İnzibati Xətalar Məcəlləsində sürücülərin məsuliyyəti nəzərdə tutulub. Yəni bu, yol hərəkəti qaydasını pozduğuna görə, onlar cərimə edilirlər!  Ona görə də  səkinin  zəbt oluması birmənalı olaraq  qanun  pozuntusudur. Bu baxımdan heç bir sürücü səkini  zəbt etməməli, piyadaların hərəkəti üçün maneçilik törətməməli və qanuna  hörmətlə yanaşmalıdır!

Emil Faiqoğlu.