“Hikmətin və müdrikliyin təcəssümü” oxuculara təqdim edildi

Tanınmış həkim-ginekoloq, yazar Firəngiz Rüstəmovanın növbəti kitabının təqdimat mərasimi keçirilib. “Hikmətin və müdrikliyin təcəssümü” artıq oxuculara təqdim olunub.
Yeni nəşrdə quşların təbiətdə və insanların həyatında oynadığı rola nəzər yetirilib, dəyərlərin oxucu kütləsinə çatdırılmasına önğm verilib. Yazıçılar Birliyinin üzvü, müəllif çıxışında bildirib ki, qədim mədəniyyətlərdə, mifologiyada, ilkin ibtidai təsəvvürlərdə quşlara aşılanan qutsallıq, müqəddəslik və ya əksinə olan halları nəticələrini kitabda konkret misallarla göstərməyə çalışmışam.
Onun sözlərinə görə, folklorda – nağıllarda, eposlarda, tapmacalarda, atalar sözlərində rast gəlinən bütün quş obrazları dərindən öyrənilib, tədqiq edilib. Çıxış edən natiqlər Firəngiz Rüstəmovanın yaradıcılığından söz açıb, yazdığı kitabların maarifləndirici əhəmiyyətini xüsusi vurğulayıblar. Tədbirdə millət vəkili Sevinc Fətəliyeva, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva və bir sıra tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Digər Xəbərlər

Bir az sərt olacaq, amma deməsəm olmaz! - Şəhanə Müşfiq yazır

GƏL AY MÜŞTƏRİ... - Kamran Güllər yazır

Repressiya qurbanları - Türklərə qarşı vuruşmaqdan imtina edən Zeynal ağanın acı taleyi
