adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Fevral 2023 10:45
1453
MÜSAHİBƏ

Türkiyədə təhsil alan bəzi tələbələr köçürülmə ilə bağlı Azərbaycan universitetlərinə müraciət edib 

Türkiyədə baş verən əsrin fəlakətindən sonra zəlzələ zonasında və yaxud da digər rayonlarda təhsil alan Azərbaycanlı tələbələrimizin yerli universitetlərə köçürülmə tələbi edib . Məsələ ilə bağlı xaricdə təhsil eksperti Aisa Aslanova suallarımızı cavablandırıb .

Yaranmış fors-major hallarda həmvətənlilərimizə dəstək olunmalıdır, lakin təbii ki bu çox asan deyil , bunun üçün Dövlət tərəfindən xüsusi mexanizm yaradılmalıdır və rəsmi qaydalara əsasən həyata keçirilməlidir .

- Həmin ərazidə təhsil alan tələbələr hansı hallarda köçürülməsi baş tuta bilər?

-Elm və təhsil naziri Emin Əmrullayev bu barədə ayın 13-ü ətraflı çıxış edib. Nazir ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi prosesinin müvafiq qaydalara əsasən aparıldığını bildirib : “Əgər müraciət edən tələbələrin meyarları uyğun gələrsə, bu tələbələr yerli ali təhsil müəssisələrinə köçürüləcək. Burada onların topladığı bal, dil sertifikatları, oxuduğu universitetin ortalama göstəriciləri nəzərə alınır. Əgər tələbə yalnız attestatla qəbul olunubsa, ölkədə keçid balını toplaya bilməyibsə , köçürülmə həyata keçirilməyəcək

– Bəzi məlumatlara əsasən Türkiyədə təhsil alan bir qrup tələbə yerli universitetlərinizə artıq müraciət edib və bu prosesi necə davam etdirmək olar ?

-Bəli, müraciətlər başlayıb və yuxarıda qeyd etdiyim qaydada bu proses həyata keçiriləcəkdir. Müəyyən göstəricilər yoxlanılacaqdır

– Köçürülmə hallarının baş verməsi onların təhsilinə zərər vura bilərmi ?

- Proqramdan müəyyən səviyyədə geri qalacaqlar, lakin bununla bağlı da sistem tərtib ediləcəkdir, məsələn Türkiyədə dərslər yayda onlayn keçirilməsi nəzərdə tutulub . Bu proses onların dərslərindəki gerilikləri restavrasiya etməkdə kömək olacaq

– Bu günlərdə qardaş ölkəyə üz tutan və orada təhsil almaq istəyən tələbələrin valideynləri yanlış qərarlar verə bilərmi ?

– Artıq bizə onlarla mesaj gəlir bu barədə. Valideynləri çox gözəl başa düşmək olar , lakin Konya, Ankara, Bursa, Eskişehir kimi şəhərlərdə zəlzələ təhlükəsi yoxdur , və çoxluq məhz orada təhsil alır. Zəlzələ əsas Kahramanmaraşda olub, Əgər valideynlər narahatdırsa , zəlzələ zonalarını araşdıra bilərlər, rəsmi araşdırmaları da oxuyub bu məsələni analiz edə bilərlər . Çox çətin və üzücü bir mövzudur, ümid edirəm ki, bu faciədə artıq heç bir canlı zərər görməz və gələcəkdə bu cür fors-major hallar üçün mexanizmlər yaradılar .