Şuşa və Trabzon şəhərləri qardaşlaşacaq
Türkiyənin Trabzon şəhəri ilə Azərbaycanın simvol şəhəri sayılan Şuşa qardaşlaşacaq.
Adalet.az xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç məlumat verib.
O qeyd edib ki, bununla bağlı iki şəhər arasında protokol imzalanacaq.
Bundan başqa, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) qatılan Ahmet Metin Genç çıxışında yaşayış hüququ ilə iqlim böhranının bir-birindən ayrı düşünülə bilməyəcəyini vurğulayıb.
Bələdiyyə sədri Trabzon nümunəsi misalında mənzillərin enerji istehlakı və karbon emissiyasına təsirinə diqqət çəkərək, dayanıqlı şəhərlər üçün aşağı karbonlu, fəlakətlərə davamlı və sosial ədaləti gücləndirən şəhər siyasətlərinin vacibliyinə işarə edib.
Digər Xəbərlər
18 May 2026 10:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
18 May 2026 10:14
Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək
18 May 2026 10:13
“Vətəndaşlarımız yollarda qalır, stress keçirir, imtahana çata bilmir”
18 May 2026 10:01


Bakı -°C

