Şuşa ilə bağlı yeni sayt fəaliyyətə başladı
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində sayt fəaliyyətə başlayıb.
Təşkilatdan Adalet.az-a verilən məlumata görə, sayt https://loveshusha.com adlanır. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən saytda layihə çərçivəsində görülən işlər, Şuşanın tarixi, Vətən Müharibəsindən sonra şəhərdə qısa müddət ərzində gerçəkləşdirilən layihələrlə bağlı məlumatların yerləşdirilməsi nəzərdə tutulur. Saytın “Mədəniyyət” bölməsində Şuşada keçirilən mədəni tədbirlərlə bağlı geniş məlumatlar verilir.
Qalereya bölməsində Şuşanın bu günü ilə bağlı foto və videolar yerləşdirilir. Elektron nəşrdə tanınmış şuşalılardan müsahibələrə, Şuşa sakinlərinin doğma şəhərləri ilə bağlı xatirələrinə də yer verilir. Bundan başqa işğal zamanı Şuşa sakinlərinin Şuşadan çıxardığı mənəvi dəyəri olan əşyalarla da bağlı foto və yazılı məlumatların sayta yerləşdirilməsi nəzərdə tutulur. Qeyd edək ki, https://loveshusha.com saytının fəaliyyəti layihə bitdikdən sonra təşkilatın əməkdaşları və könüllülərin sayəsində davam etdiriləcək.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:12
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub - FOTOLAR
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30


Bakı -°C

