adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Aprel 2019 14:21
9065
HADİSƏ

SÜRÜCÜLƏRİN VƏ HƏKİMLƏRİN HESABINA

Əzrayıl istefayagöndərilib. Hər gün xəstəxanalardanölüm xəbəri gəlir. Çoxları da həkim məsuliyyətsizliyindən.

Eləcədə yollarda. Dünən Gəncə-Daşkəsən yolununGöygöldən keçən hissəsində iki avtomobiltoqquşub - 8 nəfər həlak olub, yaralılarda var. Dünyada ən çox avtoqəzaTürkiyədə olur. Və avtoqəzaların sayınagörə də Türkiyə birinci yerdədi. Türkiyəlibir professor kanalların birində çıxış edərkəndedi:

-Bunun səbəbi odur ki, dədə-babalarımız həmişə at belində olublar, atçapıblar. Və «bırrr» eləyən kimi də at dayanıb. İndi bizdə avtomobilləri elə at kimi çapırıq, saxlamaqistəyəndə «bırrr» eləyirik, o namərd də dayanmır.

Avtoqəzalarında əsas səbəbi sürət, yuxusuzluq və alkoqol.Polis saxlayanda da yaxşı bir yol tapmışıq, şantaj edib videoyaçəkirik. Sonra da özümüzə lazım olmayan yerləri kəsib-atır, qalanını ötürürüksaytlara və sosial şəbəkələrə.

Yerigəlmişkən, hər iki avtomobil «Jiquli»di.Siz «Jiquli» qəzalarından sağ çıxan gördünüzmü?!