İran 15 min kilometr mənzilli ballistik raket hazırlayır
İran raket texnologiyaları ilə bağlı yeni planını açıqlayıb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, İranın ali rəhbərinin nümayəndəsi Əbdül-Nəbi Musəvi ölkənin raketlərinin uçuş məsafəsinin 15 min kilometrədək artırılması üzərində çalışdığını bildirib.
Onun sözlərinə görə, bu məsafəyə malik raketin hazırlanması İranın ABŞ-ın kontinental ərazisinə qədər zərbə endirməsinə imkan yarada bilər.
Musəvi Fard çıxışında İsrailə qarşı "qisas" çağırışı da edib və İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsini istəyib. O, İranın raketlərinin artıq Qüdsə çatmaq imkanında olduğunu iddia edib.
Məlumata görə, İran hazırda Yaxın Şərqdə ən geniş və müxtəlif raket arsenalına malik ölkələrdən biri hesab olunur. Tehran eyni zamanda yeraltı raket obyektləri şəbəkəsini genişləndirir, pilotsuz uçuş aparatları və hipersəs sistemlərinin inkişafı istiqamətində iş aparır.
Digər Xəbərlər
07 Oktyabr 2026 12:51
“WhatsApp” hesabınıza giriş bağlana bilər - Xəbərdarlıq
06 Oktyabr 2026 16:06
Azercell-in baş icraçı direktoru DCO-nun Baş katibi ilə görüşdü
03 Oktyabr 2026 17:58
Robotların sayı 5 milyonu keçdi
01 Oktyabr 2026 11:14
“Ağ Evdə "süni intellekt" zirvəsi və tarixi səhv”
01 Oktyabr 2026 10:48
“TikTok” və “Spotify” Azərbaycanda vergi uçotuna alındı
30 Sentyabr 2026 17:45
Türkiyə Azərbaycan üçün 14 ədəd "HÜRKUŞ-2" təyyarəsi istehsal edəcək
28 Sentyabr 2026 23:31
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
28 Sentyabr 2026 15:41


Bakı -°C

