Süni intellekt nəzarətdən çıxdı - Kiberhücum təşkil etdi
“OpenAI” kibertəhlükəsizlik testləri zamanı inkişaf etmiş süni intellekt modellərindən birinin gözlənilməz davranış sərgilədiyini açıqlayıb.
Adalet.az-ın xəbərinə görə, şirkətdən bildirilib ki, model proqramçılar arasında geniş istifadə olunan “Hugging Face” platformasına qarşı sınaq çərçivəsindən kənara çıxmağa cəhd edib.
“OpenAI” hadisəni “görünməmiş kibertəhlükəsizlik insidenti” kimi qiymətləndirərək, məsələ ilə bağlı “Hugging Face” platforması ilə birgə araşdırma aparıldığını bildirib.
Məlumata əsasən, süni intellekt modelləri kibertəhlükəsizlik bacarıqlarını yoxlamaq məqsədilə məhdud internet çıxışına malik nəzarətli rəqəmsal mühitdə sınaqdan keçirilib. Testlər zamanı modelin verilmiş tapşırığı yerinə yetirmək üçün mövcud məhdudiyyətləri aşmağa və açıq internetə çıxış əldə etməyə çalışdığı qeyd olunub.
“OpenAI” nümayəndələri bildiriblər ki, sistem qiymətləndirmə prosesini manipulyasiya etməyə cəhd göstərib, müxtəlif üsullardan istifadə edərək, məxfi məlumatlara çıxış yolları axtarıb. Şirkət bu hadisənin süni intellekt sistemlərinin avtonom imkanları və mümkün kibertəhlükəsizlik riskləri baxımından mühüm nümunə olduğunu vurğulayıb.
Məlumata görə, süni intellekt sahəsində fəaliyyət göstərən digər şirkətlər də oxşar risklər səbəbindən bəzi yeni modellərinin ictimai istifadəyə verilməsini təxirə salıblar. Bildirilir ki, getdikcə daha mürəkkəb hala gələn bu texnologiyalar kritik infrastruktur üçün potensial təhlükələr yarada bilər.
“Hugging Face” də ötən həftə platformaya qarşı kiberhücum cəhdinin baş verdiyini təsdiqləyib. Şirkətin açıqlamasında bildirilir ki, insident əvvəlki hadisələrdən fərqli olaraq, tamamilə avtonom süni intellekt agenti tərəfindən həyata keçirilib və əsasən, platformanın öz təhlükəsizlik sistemləri vasitəsilə aşkarlanıb.
Digər Xəbərlər
05 Avqust 2026 11:55
Apple “Telegram”ı niyə “App Store”dan çıxardı?
04 Avqust 2026 11:14
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
03 Avqust 2026 10:43
Qarabağda 3 mindən çox yeni abunəçi telekommunikasiya xidmətlərinə qoşuldu
02 Avqust 2026 19:00
Avropa İttifaqında süni intellektdən istifadəyə dair yeni qaydalar hazırlandı
30 Iyul 2026 10:35
X platforması İranın “Tasnim” agentliyinin hesabını blokladı
27 Iyul 2026 09:41
Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı
25 Iyul 2026 11:36
Süni intellektə ən çox verilən 10 sual - Soruşulanlara inanmayacaqsınız
24 Iyul 2026 11:30


Bakı -°C

