Sumqayıtda zəhərlənən uşaqlardan yeni xəbər var
Sumqayıtda uşaqlar arasında baş verən kütləvi zəhərlənmə ilə bağlı növbəti açıqlama verilib.
Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev Modern.az-a müayinə nəticələrinin 2 gün ərzində açıqlanacağını deyib:
"Sudan, eyni zamanda nəcis və qusuntu materiallarından analizlər götürülüb. Su analizlərinin nəticələri sabah, digərləri isə 2 gün ərzində məlum olacaq. Qeyd edim ki, ümumilikdə bizə müraicət edənlərin sayı 130 nəfərə yaxın olub. Onlardan ağır vəziyyətdə daxil olanlar yoxdur”.
İstirahət günü olsa da işinin başında olan İ.Abdullayev bildirib ki, uşaqların əksəriyyəti evə buraxılıb: "Xəbərləri eşidib təşvişə düşdüyü üçün xəstəxanalara müraciət edənlər də çoxdur. Onların hamısı müayinə və lazımi müalicədən sonra evə buraxılır. Xəstələr xəstəxanda 1 sutkadan artıq qalmır. Hazırda xəstəxanada təxminən 20-ə yaxın uşaq qalıb. Hamısının vəziyyəti stabildir, həyatları üçün heç bir təhlükə yoxdur”.
Digər Xəbərlər
02 May 2024 09:27
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
30 Aprel 2024 11:53Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02