Sumqayıtda qadını təpiklə avtobusdan itələyən sürücü saxlanılıb? - VİDEO + AÇIQLAMA
Xəbər verdiyimiz kimi, iyulun 16-da Sumqayıt şəhərində 12 saylı sərnişin avtobusunda sürücü və sərnişin arasında insident baş verib. Hadisə ilə bağlı avtobusun sürücüsünün saxlanıldığına dair yayılan məlumatlara rəsmi cavab verilib.
DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Sumqayıt şəhərində polis tərəfindən avtobus sürücüsünün saxlanılması ilə bağlı yayılan məlumatlar əsassızdır:
“Müvafiq ekspertizalar təyin edilib, araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, qadın sərnişin sürücünü ağır formada təhqir edir və əl çantası ilə ona hücum çəkir. Sükan arxasında olan sürücü isə əvvəlcə sərnişinə cavab olaraq təhqir səsləndirir. Sərnişinin ona hücum çəkməsindən qəzəblənən sürücü qadını təpiklə itələyərək avtobusdan atır. Hadisə zamanı qadın qapıdan yola yıxılır. İlkin məlumata görə, mübahisəyə səbəb kimi sürücünün sərnişinin dayanacaqdan kənarda saxlama tələbinə etiraz etməsi olub. Qadının xəsarət aldığı deyilir. 12 saylı avtobusun sürücüsü A.Kosayev isə işdən çıxarılıb.
Digər Xəbərlər
02 Oktyabr 2026 17:10
“Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü
02 Oktyabr 2026 12:42
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - YENİLƏNİB
02 Oktyabr 2026 12:36
Azərbaycan sərhədini pоzan 20 nəfər saxlanılıb
02 Oktyabr 2026 12:15
43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü
01 Oktyabr 2026 19:07
Baş Prokurorluq: Hərbi qulluqçumuz Ermənistan ərazisində saxlanılıb
01 Oktyabr 2026 18:59
Azərbaycanlı hərbçi Ermənistan ərazisinə keçib?
01 Oktyabr 2026 11:58
Prokurorluq Kürdəmirdəki kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başladı
01 Oktyabr 2026 10:12


Bakı -°C

