Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb
Sumqayıtda dayı bacısı oğlunu bıçaqlayıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.
29 yaşlı İsmayıl Həsənovla dayısı 60 yaşlı Xəqani Məmmədov arasında mübahisə düşüb. Tərəflər arasında düşən münaqişə zamanı X.Məmmədov bacısı oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub.
Hadisəni törədən X.Məmmədov saxlanılıb. İlkin ehtimala görə, hadisə pul üstündə olub.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48