adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Iyun 2018 14:57
6291
HADİSƏ

Sumqayıtda 6 evin su sayğacı oğurlanıb

Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində ümumilikdə 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək "isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.