Sumqayıt və Bakının bu ərazilərində qaz olmayacaq
Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Adalet.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) və Dənizkənarı (Novxanı hissəsi) ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin icrası olaraq, Saray körpüsü ətrafında yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək. Bu məqsədlə 02.10.2024-cü il saat 11:00-dan işlər yekunlaşanadək “Şəhər-4” orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin Novruz, Təzə və Köhnə Corat qəsəbələrinin, Novxanı, Qurd dərəsi, Corat və Saray bağlarının, 11-12-13-17-ci və18-ci mikrorayonların bir hissəsinin, 20-ci və 21-ci mikrorayonların, eləcə də 47, 48, 49, 51, 52, 53-cü məhəllələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.
Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.
Digər Xəbərlər
19 Dekabr 2025 18:10
Dörd rayonda təbiətə 300 min manata yaxın ziyan vurulub
19 Dekabr 2025 17:55
Azərbaycanda ov mövsümü açılır - Sabahdan
19 Dekabr 2025 13:40
Elektron siqaretlərin reklamı qadağan edilir
19 Dekabr 2025 13:11
Dəbilqəsiz moped idarə edənlər cərimələnəcək
19 Dekabr 2025 13:06
Əkin yerinin yandırılmasına görə yeni cərimələr
19 Dekabr 2025 11:34
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
19 Dekabr 2025 11:10
“Elektron siqaretlər cəmiyyət üçün dərin problemə çevrilmişdi...”
19 Dekabr 2025 10:06


Bakı -°C

