"Sumqayıt" - "Fehervar" oyununa nə qədər bilet satılıb?

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sumqayıt” - “Fehervar” (Macarıstan) matçına 4000 bilet satılıb.
Adalet.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib.
“Sumqayıt” rəsmisi bu gündən etibarən stadionun yanındakı kassaların da fəaliyyətə başlayacağını vurğulayıb:
“Satışa 9000-dən çox bilet çıxarılıb. İndiyə kimi 4000 bilet satılıb. Bu gündən etibarən stadionun yanındakı kassalar fəaliyyətə başlayacaq. Əlavə olaraq iTicket.az və 1 saylı Asan Xidmət mərkəzində də bilet satışı davam edir”.
Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.
Digər Xəbərlər

İtaliya klubu 39 yaşlı hücumçunun transferini açıqlayıb

"Arsenal"dan yeni transfer

Avropa Liqası: Bu gün 8 oyun keçiriləcək

İlham Zəkiyevin müəllifi olduğu kitablar işıq üzü görüb

Millimizin FIFA reytinqində yeni mövqeyi bəlli oldu

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşdı

PSJ "Real"ı darmadağın edərək finala yüksəldi - VİDEO
