196 ölkədə axtarılan azərbaycanlı belə ələ keçirildi - VİDEO
Qızıl qaçaqmalçılığında şübhəli bilinən və İnterpola üzv olan 196 ölkədə “Qırmızı bülleten”lə axtarılan azərbaycanlı İnqilab Babayev Türkiyədə həbs edilib.
Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, İstanbulun mərkəzində yerləşən Eyupsultan adlanan ərazidəki evdə tutulub.
Bildirilib ki, o, ailə üzvləri ilə görüşmək üçün başqa ölkədən İstanbula gəlib. Bundan sonra İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları onun izinə düşüblər. İ.Babayevin yaxınları Türkiyəyə gələn kimi, o, xüsusi əməliyyatla tutulub.
Məlumata görə, 38 yaşlı İ.Babayev 2024-cü ildə İstanbul Hava Limanında üzə çıxan qızıl qaçaqmalçılığı şəbəkəsinin rəhbəri olub. Həmin vaxt polis şübhələndiyi iki təhlükəsizlik əməkdaşını yoxlayıb. Aparılan axtarış nəticəsində onların bel hissəsində gizlədilmiş 16 kiloqram ağırlığında 32 külçə qızıl aşkarlanmışdı. Dubaydan gətirildiyi müəyyən edilən qızıllarla bağlı aparılan istintaq çərçivəsində 7 nəfər saxlanılmışdı.
Hadisənin təşkilatçısı olduğu müəyyən edilən və İnterpol tərəfindən axtarılan İnqilab Babayev isə hadisədən sonra gizlənməyi bacarmışdı.
Polis tərəfindən saxlanılan İ.Babayev barəsində İstanbul məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Türkiyə mediası onu “Qızıl adam” ləqəbi ilə təqdim edib./Qafqazinfo
Digər Xəbərlər
16 Aprel 2026 11:07
Binəqədidə saxlanılan şəxslərdən 54 kq narkotik vasitə aşkarlandı - VİDEO
15 Aprel 2026 16:31
Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlandı
15 Aprel 2026 12:57
Uşaq arabasında qaçaqmal keçirmək istədilər
15 Aprel 2026 10:32
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
15 Aprel 2026 09:57
Şəmkirdə evlərdən 25 min manatlıq oğurluq etdi
14 Aprel 2026 17:12
Marketlərdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı
14 Aprel 2026 16:24
İnsan alverində təqsirləndirilən qadınlar həbs olundu - VİDEO
14 Aprel 2026 15:27


Bakı -°C

