Su obyektlərindən istifadə üzrə yeni ödənişlər onlara aid edilməyəcək
Azərbaycanda sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.
Bu barədə Adalet.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında (ADSEA) Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.
Məlumata əsasən, mövcud qaydalara əsasən, vətəndaşlar ümumi istifadədə olan və hər kəsin istifadəsi üçün açıq su obyektlərindən şəxsi ehtiyaclarını ödəmək məqsədilə sərbəst və ödənişsiz istifadə edə bilərlər.
Bildirilib ki, eyni zamanda, torpaq sahibləri öz ehtiyaclarını ödəmək məqsədilə onlara məxsus torpaq sahələrinin hüdudlarında mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmadıqda, birinci təzyiqsiz sulu horizonta quyuların qazılmasını və istismarını həyata keçirə bilərlər. Bu halda yeraltı suyun çıxarılması su obyektlərindən xüsusi məqsədlər üçün istifadə növlərinə aid edilmir.
Ailə kəndli təsərrüfatlarına münasibətdə də xüsusi istisna nəzərdə tutulur. "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, ailə kəndli təsərrüfatı çərçivəsində həyata keçirilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilmir. Bu səbəbdən kənd yerlərində şəxsi mülkiyyətdə olan və ya ailə kəndli təsərrüfatına verilmiş pay torpaqlarında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı zamanı su obyektlərindən istifadə üçün xüsusi məqsədlərlə istifadəyə dair icazə tələb olunmur.
Beləliklə, yeni qaydaların tətbiqi ailə kəndli təsərrüfatları üçün əlavə maliyyə və inzibati yük yaratmır. Ailə kəndli təsərrüfatları öz təsərrüfat fəaliyyətləri çərçivəsində sudan istifadəyə görə xüsusi icazə almaq və bununla bağlı ödəniş etmək öhdəliyi daşımırlar.
Tətbiq edilən icazə və ödəniş mexanizminin əsas məqsədi vətəndaşların gündəlik və şəxsi ehtiyacları üçün sudan istifadəsini məhdudlaşdırmaq deyil, su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin tənzimlənməsini, su ehtiyatlarının uçotunun aparılmasını və onlardan səmərəli istifadənin təmin edilməsini gücləndirməkdir.
Digər Xəbərlər
01 Sentyabr 2026 10:47
“Köçəri xalqlar sanki müasir dünyada gedən qloballaşma proseslərini...”
01 Sentyabr 2026 09:46
“Hamı hökmdarın güclü olduğuna inandığı müddətdə onun gücü həqiqətən artır”
01 Sentyabr 2026 08:24
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
31 Avqust 2026 23:07
Mehriban Əliyeva Dünya Köçəri Oyunlarından PAYLAŞIM ETDİ - FOTOLAR
31 Avqust 2026 20:22
Nazirlikdən hava şəraiti ilə bağlı vətəndaşlara müraciət
31 Avqust 2026 19:27
Bakıda keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlandı
31 Avqust 2026 19:11
Hikmət Hacıyev: Dünya Köçəri Oyunlarında komandamıza uğurlar arzulayırıq
31 Avqust 2026 18:54


Bakı -°C

