Sahibə Qafarovanın namizədliyi irəli sürülüb
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb.
Adalet.az xəbər verir ki, spiker bu barədə Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 65-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
"Parlamentlərarası İttifaqda rəhbər vəzifəyə namizədliyimin irəli sürülməsi mənim üçün böyük şərəfdir. Seçkilər bu ilin oktyabr ayında Tanzaniyada keçiriləcək və həmin vaxt Assambleya da təşkil olunacaq", – deyə o bildirib.
S.Qafarova seçiləcəyi təqdirdə bu vəzifəni Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin iştirakı və dəstəyi ilə həyata keçirməyin onun üçün böyük şərəf olacağını söyləyib.
Milli Məclisin sədri çıxışının sonunda Qoşulmama Hərəkatının yaradılmasının 65-ci ildönümünün qurucu liderlərin irsinə ehtiram göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
"Biz təşkilatın qurucularını xatırlamalı, onlara ehtiramımızı bildirməli və onların irsini gələcəyə daşımağa davam etməliyik. Onların prinsipləri bizim gələcəyimizin açarıdır. Bizim kollektiv məsuliyyətimiz Hərəkatın birliyini qorumaq, onun səsini gücləndirmək və sülhə, dayanıqlı inkişafa, daha ədalətli və bərabərhüquqlu beynəlxalq nizama töhfəsini artırmaqdır", – deyə S.Qafarova vurğulayıb.
Digər Xəbərlər
01 Sentyabr 2026 14:12
"Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir" - Dövlət başçısı
01 Sentyabr 2026 13:57
İlham Əliyev Putinlə söhbət etdi - Video
01 Sentyabr 2026 12:04
Sahibə Qafarova Belqradda Qoşulmama Hərəkatının konfransında iştirak edir
01 Sentyabr 2026 11:49
Bişkekdə dövlət başçılarına Qırğızıstan Prezidenti adından ziyafət verildi
01 Sentyabr 2026 11:38
Prezident Bişkekdə Hindistan Baş naziri ilə söhbət etdi - FOTOLAR
01 Sentyabr 2026 11:26
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTOLAR + YENİLƏNİB
01 Sentyabr 2026 11:18
Prezident Peter Pelleqrini təbrik etdi
01 Sentyabr 2026 11:01


Bakı -°C

