adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Iyun 2016 15:38
26498
MARAQLI

Stalindən SSRİ və dünya ilə bağlı inanılmaz proqnoz

İosifStalin – təkcə adı müasirlərini diksindirən bu insan ölümündən illərsonra da tarixin ən çox araşdırılan şəxsiyyətlərindən hesab olunur. Maraqlıdırki, bəşəriyyətin ən qəddar diktorlarından biri kimi tarixə düşmüş Stalinin adınədənsə əksər insanlarda nifrət doğurmur. Onun rəhbərliyində yaşamış və günümüzdə də həyatınıdavam etdirən "survivor”lardan tutmuş, müasir insanlara qədər bu rəhbəri nə qədəramansız kimi səciyyələndirsələr də, digər tərəfdən qüdrəti, idarəçiliyi, əzmi,siyasəti ilə qürur duyurlar. Amma qafqazlı liderin fələk tərəfindən seçilmişolduğu təkcə onun yaşadığı dövrü düzgün qiymətləndirməsi ilə təsdiqlənmir. Stalin həmdə gələcəyi mükəmməl xarakterizə edib və onun dedikləri də zamanında qeydolunaraq günümüzlə xırdalığına qədər səsləşib. Yəni qırmızı diktator gələcəyəgüzgü tutub.

Finlandiyailə müharibə ərəfəsində (1939-1940) Stalin söhbət etmək üçün məşhur inqilabçı AleksandraKollontayı öz kabinetinə dəvət edib. Kollontayın atası vaxtilə çarın generalı olmuşdu.Kollontay sonralar öz qeydlərində bu söhbətin onun üçün unudulmaz keçdiyini yazıb.Diktator elə mövzulara toxunub ki, inqilabçı şok keçirib, deyə bilərik. GörəkStalinin "peyğəmbərliy”i nə dərəcədə olub?!

Kollontayınqeydlərindən...

"Kremldənçıxandan sonra evə qaça-qaça getdim ki, Stalinin dediklərini unutmadan yazım. Maraqlıdırki, yazını müharibədən qabaq yazsam da hər dəfə onun sözlərini oxuduqca yenişeylər tapırdım. Sanki rəhbərin cümlələri canlı idi, zamanına görə dəyişirdi. İndidə o görüş gözümün önündə canlanır – uzun stolun baş tərəfində Stalinoturmuşdu. Mənimlə çox nəzakətli danışırdı. Kabinetindən çıxanda isə ayaqüstübunları dedi: "Rus xalqına möhkəm olmaq lazımdır. Gələcəkdə onları çətin dövrgözləyir. Bütün dünyayla təkbaşına vuruşacaqlar. Bizim partiyanın işləri, ümumiyyətləSovetlər dönəmində edilən bütün üsullar, görülən işlər gələcəkdə pislənəcək,amma tənqidçilər özləri də biləcəklər ki, dövrə görə biz ən münasibini etmişik.Mənim özümü də söyəcəklər, lənət yağdıracaqlar, amma yenə də hörmət edəcəklər,hətta gələcəkdə də rəğbət edənlər tapılacaq.

Sionizmdünyəvi hökmranlığı ələ alacaq və dünyadan qisas alacaq, xüsusilə də böyük qələbələriolan ruslardan. Rusları çökdürməyə çalışacaqlar. SSRİ-ni dağıdacaqlar. Bunu isəxalqlar arasına nifaq salmaqla edəcəklər, çünki SSRİ-nin ən əsas sütunuxalqların dostluğudur, onların əksəriyyəti düşmən olacaq – aralarına din və sərhədgirəcək. Milliyətçilik baş qaldıracaq. Amma bu müvəqqəti olacaq, millətçilərarasında da ikitirəlik yaranacaq və yerini dünyəviliyə verəcək.  

Dünyarusları varvar, içki düşkünü kimi gözdən salmağa çalışacaq, amma ruslar daimaydın zəkası və yerində qərar çıxarmaları, düzgün siyasətilə onları susduracaq.İnsanlarımız yenidən Sovetlər dönəminin həsrətini çəkəcəklər, anlayacaqlar ki,onları heç vaxt qəbul etməyəcək, vədlərlə keçişdirəcək Qərbə qarşı yenidən birgəolmaq lazımdır. Gələcək nəsil gələcəyini dədə-babalarının keçmişi üzərindəquracaq.

Yaxıngələcəkdə Şərqdə aləm bir-birinə qarışacaq. Buna səbəb elə özləri olacaq. Qərbinşirin dilinə aldanıb bir-birlərini qıracaqlar. Şərq – dəhşət saçacaq, millətlərbir-birinə qarışacaq, dünyaya səpələnəcək. Yenə də Rusiya dünyanın köməyinəçatacaq. Amerikanın məngənəsində əzilən xalqlar nicat yolunu Rusiyadaaxtaracaq. Ruslar isə bəzi çatışmazlıqları olsa da, əslində ağıllı və mərhəmətliinsanlardır. Onlar əl uzadan insanlara yardım edəcəklər, təşəbbüsü ələalacaqlar. Bu xalqa bel bağlamaq olar – həm güclü və məğlubedilməzdirlər, həm dədərrakəlidirlər.

Hər kəsinbildiyi faktı bir daha xatırladaq ki, Stalin özü gürcü olub və öz soy-kökünə dəhəmişə sadiq qalıb. Ruslara verdiyi dəyər, güman ki bu xalqı yaxşı tanımasından irəli gəlir. Etiraf edək ki, günümüzdə həqiqətən də əzilən xalqlar Rusiyanı xilaskar görürlər və Stalinin dediklərinin 90%-i də həyata keçib. 


Şəfiqə ŞƏFA