Spiker deputata hirsləndi: “Eşitməyi bacarın”
"İslahatlar aparaq, işimizi daha səmərəli quraraq, mənfəəti artıraraq, büdcəyə daxil olan vəsaitləri artıraraq, problemləri daha əlverişli və səmərəli şəkildə həll edə bilərik. Ancaq hansısa sahəyə ayrılan vəsaitin artırılması ilə bağlı danışarkən mənbəyini də göstərin. Addım atmaq, hərəkət etmək lazımdır.
Danışılanlardan belə çıxır ki, biz deputatlar milləti sevirik, hökumət nümayəndələri isə yox. Birinci deyin görüm pulu artırmaq üçün neçə milyard vəsait lazımdır. Gəlin bu nöqteyi-nəzərdən çıxış edək. Mənbəyini bilirsinizsə, bizlə və hökumət nümayəndələri ilə də bölüşün”.
Bunu parlamentin iclasında Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov deyib.
Deputat Fəzail Ağamalının çıxışına münasibətini bildirən vitse-spiker bildirib:
"Məmurların mülklərinin satılmasının hüquqi yolunu bilirsinizsə, o zaman deyin. Yazın verin hökumətə, qoy etsinlər. Sonra da tələb edin”.
Fəzail Ağamalı vitse-spikerə cavab olaraq söz haqqı istəsə də, spiker Oqtay Əsədov məsələyə müdaxilə edərək deyib:
"Fəzail müəllim, siz danışdınız biz qulaq asdıq. Eşitməyi bacarın”.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32