adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Dekabr 2023 09:00
10839
LAYİHƏ

SÖZÜN QÜDRƏTİ

Deyirlər ki, dünyada sözdən güclü və qüdrətli bir şey yoxdur. Təbii ki, bu fikirdə həqiqət çoxdur. Düzdür, dünyanın bu gün ən müasir silahlarla idarə edirlər. Daha doğrusu, dünya gücləri nüvə silahına malik olduğu üçün digər ölkələrə hərbə-zorba gəlir, onların gözünü qorxuzur və maraqlarını bu üsulla təmin etmək istəyirlər. Aydındır ki, heç də hər ölkə dünya güclərinin hərbə-zorbasını qəbul etmir və onlara silahdan da güclü sözlə cavab verirlər. Bu söz həmin dünya güclərini silkələyir, ağlını başına gətirir və onları daha dərindən düşünməyə məcbur edir. 

Əlbəttə, söz tək indiki zamanda deyil, insan yarandığı gündən ta bu günə kimi öz qüdrətini, gücünü, qüvvəsini və əhatə dairəsini həmişə zənginləşdirib, qoruyub. Bizim ölkəmizdə də söz, mətbuat, pülrealizm, fikir və düşüncə azadlığına bu və ya digər dərəcədə önəm verilib, diqqət yetirilib. Söz o vaxt güclü olur ki, o hər hansı ünvanına vaxtında çatır və öz təsirini göstərir. Əlbəttə, totalitar rejimdə, yəni başqa sözlə demiş olsaq, qeyri-demokratik bir dövlətdə heç vaxt mətbut, fikir azadlığı, pülrealizm ola bilməz. Olsa da onu elə günə qoyacaqlar ki, o azad sözü, azad fikri səsləndirən hər hansı bir insan olmazın təzyiqləri və müsibətləri ilə üzləşəcək. Biz bunları Sovet dönəmində çox görmüşük. O dövrdə daha dəqiq desək, 1980-ci illərdə «Cümhuriyyət» ifadəsini işlətdiyinə görə çox siaysi xadimlər və ziyalılar təzyiqlərə məruz qalırdılar. Hətta bu sözlər yenicə nəşrə başlayan demokratik fikirli mətbuat orqanında yazılanda yuxarıların kürkünə birə düşürdü. Çünki onlar sözün həqiqi mənasında açıq fikirdən, açıq düşüncədən və söz azadlığından çəkinirdilər. Ən azından ona görə ki, Sovet rejimində yüksək vəzifədə əyləşən məmurlar haqq-ədaləti qəbul etmir, düz sözü deyənlərdən xoşu gəlmir və müxtəlif bəhanələrlə həmin yazarları, ziyalıları incidir və elə günə qoyurdular ki, o yazarlar ikinci dəfə o fikirləri səsləndirməsinlər. Amma heç nədən, heç bir təzyiqdən qorxmayan, cəsarətli ziyalılarımız fikirlərini və aydın düşüncələrini  cəmiyyətə çatdırırdılar. Böyük ziyalılarımızdan Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov, Aydın Məmmədov və başqaları, istər o vaxtkı mitinqlərdə, istərsə də qəzetlərdə çap olunan məqalələrdə o azad fikri və düşüncəni cəmiyyətə ötürürdü. Yenə deyirik, ancaq çox çətinliklə!

Lakin Azərbaycan müstəqillik dövrünə qədəm qoyduqan sonra, bütün sahələrdə olduğu kimi, mətbuat, söz, fikir pülrealizmi və düşüncə sahəsində də yeni bir sistem, yeni bir mərhələ yarandı. Bu mərhələni də və bu mühiti də Ulu Öndər Heydər Əliyev respublikamıza gətirdi. Heç kim deyə bilməz ki, ondan əvvəlki hakimiyyətlərin dövründə söz və mətbuat azadlığı bu dərəcədə çiçəklənməmiş və geniş vüsət almamışdır. Çünki Ulu Önər Heydər Əliyev sözün, mətbuatın və düşüncə azadlığının necə olmasını hamıdan yaxşı bilirdi. Bunları hamıdan yaxşı bilən Heydər Əliyev Azərbacyanda 1993-cü ildən sonra elə bir mühit, elə bir şərait yaratdı ki, burada sözün həqiqi mənasında mətbuatın və söz azadlığının inkişafıından danışmağa və söhbət açmağa dəyər. Belə ki, Ulu Öndər Heydər Əliyev istər rəsmi görüşlərində, istərsə də ziyalılarla, yazıçılarla, jurnalistlərlə söhbətlərində həmişə onlara rahat şərait yaradar, fikir və düşüncələrini səslənddirmək üçün imkan verərdi. Bir fikri də deyək ki, Heydər Əliyev hətta Sovet İttifaqının vaxtında Azərbaycan Kommunist Partiaysının birinci katibi və Siyasi Büronun üzvü olanda belə yazıçı və şairlərlə görüşündə çox açıq söhbətlər edib, onların fərqli düşüncələrinə və fikirlərinə hörmətlə yanaşıb, hətta o vaxt kimlərinsə ehtiyatla danışa biləcəyi sözləri səsləndirmək üçün yazarlara bir ruh da verib.

Ümumiyyətlə, bir fikri qeyd edək ki, Heydər Əliyevin hakimiyyəti dövründə Azərbacyan mətbuatına çox böyük diqqət və qayğı göstərilib. Fikrini öyrəndiyimiz neçə-neçə qəzet təsisçisi və baş redaktorlar deyirlər ki, onlar Heydər Əliyevin azad sözü və demokratiyanı dəstəkləməsindən sonra cəmiyyətə daha açıq fikirlər və ideyalar ötürüblər. Bu fikir və ideyalar birmənalı olaraq Azərbaycanın müstəqilliynə, dövlətçiliyinə və demokratik inkişafına xidmət edib. Hər şeydən öncə Vətənin bütövlüyü, insanların azadlığı və onların bəşəri dəyərlərə hörmətlə yanaşmasıdır. Təsadüfi deyil ki, Azərbaycanda gedən demokratik islahatlar, söz və mətbuat azadlığına yandırılmış «yaşl işıq» hətta bizdən xoşu gəlməyən Avropa dövlətlərinin də ürəyincə oldu. Çünki elə Avropa dövlətləri var ki, Azərbaycana və onun inkişafına paxıllıq edir, suyu bulandırmağa çalışırlar. Amma elə ki, o dövlətlərin mütəxəssisləri, siyasi xadimləri, jurnalistləri və ekspertləri Azərbaycana gəlir və burada tam başqa bir mənzərə görürlər. Belə ki, bəzən sapı özümüzdən olan baltalar ölkəmizdə demokratiyanın pozulmasından, söz və mətbuat azadlığının zəif olması barədə Avropalıların qulaqlarını doldururlar. O Avropalılar da Azərbaycanda gəlib deyilənlərin əksini görürlər. Görürlər ki, Azərbacyanda sosial media açıqdır, çoxlu sayda qəzet, jurnal, televiziyalar fəaliyyət göstərir və insanların azad söz demək sahəsində heç bir problemi yoxdur. 

Əgər Azərbaycan dövlətinin qayğısı, diqqəti və isti münasibəti olmasaydı birmənalı olaraq, ölkəmizdə əksər çap mətbuatı nəşrini çoxdan dayandırmışdı. Çünki həmin çap mətbuatı çox mürəkkəb durumdadır və onlara hər il dövlət tərəfindən ildə iki dəfə maliyyə yardımı edilir. Bu maliyyə yardımı şübhəsiz ki, həmin qəzetlərin və eləcə də sayıtların dirçəlməsi üçün ən böyük təkandır. Əlbəttə, bunu kim bilməsə də çap mətbuatının təsisçiləri və redaktorları çox yaxşı bilirlər və həm də yüksək qiymtələndirirlər. 

Prezident İlham Əliyev tərəfindən də Azərbaycan mətbuatına həmişə böyük dəstək olub və cənab Prezident öz çıxışlarında dəfələrlə bəyan edib ki, mən juranilstlərin ən yaxın dostuyam və dostluqda da sədaqətliyəm. Cənab Prezident bu sözləri öz əməli fəaliyyəti ilə gerçəkləşdirib və mətbuatımızın ən çətin, ən ağır günündə sinəsini qabağa verib, onu xilas edib. Və bu günün özündə də ölkəmizdə  gedən demokratik prosseslərə - söz, mətbuat, düşüncə, fikir plürealizminə İlham Əliyev tərəfindən böyük dəstək var. Təbii ki, bu dəstəyi də həm cəmiyyət, həm də mətbuat nümayəndələri çox yüksək dəyərləndirirlər.                           
           

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.