adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Aprel 2019 15:24
29013
MƏDƏNİYYƏT

Sözləri dəyişdirilən “Qarabağ şikəstəsi”ni uğursuz hesab edirəm - SORĞU

Xəbərverdiyimiz kimi tanınmış xanəndə, əməkdar artist, Akademik Opera və BaletTeatrının solisti Elnur Zeynalov bu günlərdə maraqlı bir yeniliyə imza atıb,"Qarabağ şikəstəsi”nin mətnində müəyyən dəyişiklik edərək ifa edib. Bu yenilik müəyyən söz-söhbətlərə gətirib çıxarıb.Bəzi sənət adamları mətni qiymətləndirsədə, bəziləri uğursuz hesab edib.

Adalet.az tanınmışmədəniyyət xadimlərindən, o cümlədən xanəndələrdən münasibət öyrənib. Cavablarıtəqdim edirik.



Xalq artisti, xanəndəMənsum İbrahimov: "Elnur bizim əziz, gözəl xanəndəmizdir. Operanın ən gənc məcununlarındandır.İfasını bəyənirəm və dəstəkləyirəm. Bir Qarabağ xanəndəsi kimi onun ağrısınıbaşa düşürəm. Qarabağ şikəstəsinə əlavələr edib, bu həqiqətdi. Dediyi sözlərQarabağ məsələsini, ağrımızı, həqiqiətimizi göstərir. Torpaqlarımızın işğalolunmasını işıqlandırır. Bunun ikinci bir tərəfi var. Biz işğalla barışmırıq.Mən hesab edirəm ki, bunu təbliğ edib, yaymaq olmaz. Necə biz Lələ Təpəni azadetdik, yəni dediyim odur ki, təbliğatımızı bu yöndən qurmalıyıq. Bu ağrıxalqımızın içindədi. Bu torpağın mən də nümayəndəsiyəm. Və inanıram ki, otorpaqlara tezliklə gedəcəyik.




Şair Əbülfət Mədətoğlu: "Mən Elnur bəyin ifasını ümumiyyətlə bəyənirəm. Ancaq cavan oğlanın "Qarabağşikəstəsi”nə əl gəzdirməsi heç ürəyimcə deyil. Çünki o "şikəstə”nin sözlərinidəyişməklə onun hardasa ağlaşmaya, ağıya, nohəyə çevirib. Əgər Elnur bəy bizim "şikəstə”mizindurumumuzla üst-üstə düşmədiyini mövcud zamanı göstərə bilmədyini bəyan etməkistəyirsə o bizi ağlaşma üstündə kökləməlidir. Cəngiyə, döyüşə çağıran mətnseçməlidir. Bax bu mənada istedalı bir ifaçımızın bu addımı təqdir etmirəm vəuğursuz sayıram. Hətta təəssüf edirəm ki, o gözəl səs necə deyərlər, bizi biraz da ağlatmağa, bir da üzməyə sərf olunub.”













Şuşa Rayon Mədəniyyət vəTurizm Şöbəsinin müdiriZahidAbbasov: "O mahnıbizim tarixi abidəmizdir. O elə belə mahnı deyil, buna heç kimin ixtiyarıyoxdur. Mən onu sizdən eşidirəm, əgər həqiqətən belə bir şey varsa çox ayıbdır.”