Sovet təbliğatının alçaltdığı qoçular: Müsavatçı Qoçu Nəcəfqulunun igidliyi
"Mən Bakıda bir sıra qanlı hadisələrin törədilməsinin iştirakçısı olmuşam, bizə hücum edən erməniləri öldürmüş, bir sıra başqa cinayətlər törətmişəm. Əgər siz məni bu işlərimə görə mühakimə etsəydiniz, sizə minnətdar olardım. Ancaq mən nə Əli Bayramovu tanımışam, nə də onun öldürülməsində iştirak etmişəm. Mən Bakının yarısını erməni daşnaklarından qorumuşam. Ona görə də türklərdən mükafat və orden almışam. Bəs bunlar hara getdi?"
Bu, qanlı bolşevizmin sayəsində Bakıda soyqırıma nail olan erməni və rus quldurlarının məhv edilməsində böyük əməyi olan, 1920-ci ilin 28 mayında adı ölümə məhkum olanların arasında olan Qoçu Nəcəfqulunun son sözləri idi. Sabahısı günü - 29 mayda o güllələnir.
Sovet təbliğatının gülüş hədəfinə çevrdiyi “Qoçuluq” məvhumu

Oxucularımıza Qoçu Nəcəfqulunu ətraflı və daha düzgün tanıtmaq istərdim. Amma əvvəlcə gərək sovet rejiminin satirasına tuş gəlmiş, alçaldılmış və pislənmiş "qoçu" ifadəsinin əsl üzünü sizə açıqlayam.
Sosioloqların fikrincə, qoçuluq - qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq deməkdir. Daha sonra qeyd edirlər ki, Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranıb və yayılıbdı.Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir.
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi."
Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi".
Yəqin ki, Üzeyir Hacıbəyovun müəllifi olduğu "O olmasın, bu olsun" filmini xatırlayırsınız. Filmdə keçisi olan Qoçu Əsgər Qoçu Nəcəfqulunun prototipi kimi göstərilir. Şahidlər bildirirlər ki, Nəcəfqulunun özü ilə gəzdirdiyi keçisi olub. Filmdəki həmin ağ keçini çəpişlik vaxtından bəsləyib.
Qoçunun nəvəsi bildirir ki, filmdə rejissor təxəyyülünün məhsulu var: "Keçinin olması faktı həqiqətdir, amma babam o qədər cılız adam olmayıb ki, keçiyə görə həmin satıcını vursun, alçaltsın. Elə hallarda babam həmişə sahibkara dəyən ziyanı ödəyib, keçini oradan uzaqlaşdırarmış. Həmin keçi daha çox qonum-qonşunu incidirmiş".
Yeri gəlmişkən, belə bir rəvayət gəzir ki, guya nə vaxtsa Bakıya kənardan qolu güclü Qoçu adlı bir gənc gəlir və şəhərdə hamını incitməyə başlayır. Necə deyərlər yetənə yetir, yetməyənə də daş atır. Heç kəs də onun qabağına çıxa bilmir. O vaxtdan da guya şəhərdə təsadüf olunan belə qolu zorlu adamlara Qoçu deyərlərmiş.
Qoçu Nəcəfqulu: Quldur, yoxsa, vətən fədaisi..?
Qoçu Nəcəfqulunun təxminən 1892-ci ildə doğulduğu deyilir, Məlumatlarda deyilir ki, güllələnərkən onun 28 yaşı olub. Doğum yeri isə Maştağadır.
28 may 1920-ci ildə hökm İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov tərəfindən təsdiq olunur və 29-na keçən gecə saat 02:30-da hər iki tribunalın üzvü Zeynal Dadaşovun və Bakı şəhərinin komendantı Mazurovun iştirakı ilə icra edilir.
1918-ci ilin əvvəlindən bəri Bakıda bərk qarışıqlıq idi. Şəhərdə bir tərəfdən qırmızı qvardiyanın matrosları, bir tərəfdən onlarla bir fəaliyyət göstərən daşnak silahlıları, erməni mauzeristləri, rus icmasının silahlı dəstələri, demək olar ki, Bakının müxtəlif ərazilərində artıq nəzarət edirdilər. Müsəlman camaatının əlində silah qalmamışdı.
Müsavatçıların yığdığı könüllülərdən ibarət "Dikaya diviziya" isə Lənkəranda yerləşirdi. Bakının mərkəzi küçələrində tez-tez erməni yaraqlıları ilə bizim qoçular arasında toqquşmalar olurdu... Novruza 4-5 gün qalmışdı, ancaq heç kəsdə bayram əhval-ruhiyyəsi yox idi. Bakıda hər gün beş-on müsəlman meyiti tapılırdı. Silahsız insanların ümidi yalnız pullu müsəlmanlara, bir də qoçulara, onların dəstələrinə qalmışdı.
"İsmailiyyə" binasında bir izdiham vardı. Salona toplaşanlar Bakının müsəlman əhalisini qırğından xilas etmək üçün yollar arayır, bolşeviklərlə danışıq aparmağa nümayəndələr seçirdilər. Amma artıq qırğının labüdlüyünə inanmayan yox idi. Müzakirələrdə son nöqtəni Bakı qazısı Mirhüseyn ağa qoydu, əbasının altından "ofiserski" tapançanı çıxararaq havada silkələyə-silkələyə camaatı cihada çağırdı. Nəcəfqulunu həmin gün millətdəki həmrəylik, yekdillilik qürurlandırdı. İndi artıq bu xalqın milyonçusu da, qoçusu da, hambalı da sadəcə azərbaycanlı idi. Xitabət kürsüsünə qalxanlar gücləri nəyə çatırdısa onu təklif edirdilər.
Adətən bir-biri ilə dil tapa bilməyən, sözləri çəpləşəndə silaha əl atan Bakı qoçuları da "İsmailiyyə" binasında yumruq kimi birləşdilər. "Dikaya diviziya"nın zabitlərindən müsadirə edilmiş silahların dalınca bolşeviklərlə danışıqlara gedən heyətin əliboş qayıtması isə artıq səbir kasasını daşdıran son damla oldu. ...Cəbhə xətti Bazarnıdan keçirdi. Küçənin sağ tərəfi artıq ermənilərin əlindəydi.
Əlləri ilə erməni gülləsini bədənindən çıxaran daş iradəli bakılı
Nəcəfqulunun adamları bircə nəfər düşməni belə küçədən keçməyə qoymurdular. Bakının dar-dolanbac məhəllələrində başının tükü sanı atışdığından yaxşı bilirdi ki, düşmən küçəni keçsə nə faciə baş verər. Odur ki, hamıya tapşırmışdı ki, son gülləyə kimi vuruşsunlar. Güllə qurtaranda isə əks hücuma keçib xəncərlərini işə salsınlar. Həmin gün Bakının və bakılıların taleyi həll olunurdu. Və tarixin bu acı dönəmində bütün yükün ağırlığı el arasında heç də həmişə müsbət qarşılanmayan qoçuların çiyninə düşmüşdü. Səhərə yaxın sursat tükənmək üzrə idi. Nəcəfqulu son, qəti sıçrayışa hazır idi.
Elə bu zaman çoxdankı rəqibi Qoçu Teymur bəy Aşurbəyovun onlara çatdırdığı patronlar camaatın qanının arasına girdi. Küçənin hər iki tərəfində ölənlərin sayı-hesabı yox idi. Qoçu Nəcəfqulu özü də bir neçə güllə yarası almışdı. Ertəsi gün ermənilər geri oturdulandan sonra bədənindəki güllələri sızaq kimi sıxıb canından çıxararaq yerinə köz basanda arvadı Tutuxanım görüb Nəcəfqulunun daş iradəsinə məəttəl qalmışdı".
Nailə xanımın açıqlamasına görə, həmin günlər Qoçu Nəcəfqulunun evi, həyət-bacası döyüşlərdə yaralanmış, əzizlərini itirmiş insanların pənah yerinə çevrilibmiş: "Yaxınlarının ölümünə dözə bilməyən insanların gözü qarşısında əsir götürdüyü erməniləri öldürərək onların təsəlli almasına kömək edirmiş. Ermənilər müsəlman uşaqlarını süngüyə keçirib valideynlərinin gözü qarşısında əzabla öldürübmüşlər. Babam da onlardan bir neçəsini tutubmuş. Həmin erməniləri diri-diri hamamın qazanxanasında yandırıb. Deyirmiş ki, onlara normal ölüm haramdı, çünki insan deyillər. Qadınlarımızın namusuna toxunan iki erməninin taleyi isə diri-diri divara hörülmək olub".
Qoçu Nəcəfqulunun uzun illərdən bəri rəqibi olan bir qoçu olub - Teymur bəy Aşurbəyov. Lakin o qanlı-qadalı mart hadisələri bu əzəli rəqibləri nəinki barışdırıb, hətta ömürlük dost-qardaş edib: "Bolşeviklər yerlərini bərkidəndən sonra başlayıblar qoçuları zərərsizləşdirməyə. Bunun üçün də ən geniş yayılmış vasitə şərləyərək həbs etmək və birbaşa güllələnmə hökmü çıxarmaq imiş. Teymur bəy həmin vaxtlarda ailəsini də götürüb İrana keçib. Babamı da çox dilə tutub ki, gedək buradan, öldürəcəklər səni. Amma o getməyib. Deyib ki, ailəm böyükdü, ya gərək hamını aparam, ya da getməyəm, alnıma nə yazılıbsa, o da olacaq. Sonralar eşitdiyimə görə, Teymur bəy İranda xeyli yaşayıb."
Son olaraq: Sovet rejiminin təsiri altında adları, imicləri alçaldılan, gülüş hədəfinə çevrilən Qoçu Nəcəfqulu kimi igidlərimiz çox olub. Sovet təbliğatı onları bir yaramaz olaraq bizə tanıtsa da, amma heç vaxt həqiqəti uzun müddət gizlində saxlamaq mümkün olmaz!
Qoçu Nəcəfqulu, Məşədi Adil, Dağlı Musa, Malbaş Yusif, Xırdalanlı Dadaş, Hökmalılı Qubad, Sana Pırcan, qoçu Şahbaba, Teymur bəy Aşurbəyov, Kəblə Abdulla Zərbəliyev, Kəblə Hacı Bala, Ağa Kərim, novxanılı Məşədi Hacı oğlu, Qoçu Əziz, eləcə də, Qubada Əli bəy Zizikski, Qubalı Aslan bəy Qardaşov, Əli Əsədullayev, Hacı Mürsəl, qoçu Güləhməd, Türbəti, Məşədi Ələsgər, həm qoçu həm də, milyonçu Murtuza Muxtarov, Qoçu Qafar və digər Bakı qoçuları haqqında el arasında hekayələr, rəvayətlər dolaşır. Xalq onların xidmətini unutmur! Odur ki, 100 il keçməsinə baxmayaraq belə oğullar unudulmur
Allahdan hər birinə rəhmət diləyirik.
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Aprel 2026 14:59
Dövlət sifarişli tələbələrdən ödəniş tələb oluna bilər? - RƏSMİ CAVAB
02 Aprel 2026 13:50
Özəl klinikalarda ciddi yoxlamalar: nöqsanlar aşkarlandı
02 Aprel 2026 13:31
“Ümumiyyətlə, ağıllı insan üçün danışmaq vasitə deyil...”
02 Aprel 2026 11:07
"Aprel döyüşləri Zəfərə gedən yolun əsasını qoyub"
02 Aprel 2026 10:56
Sığortaçılar Assosiasiyasına yeni rəhbər təyin olundu
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54


Bakı -°C

jpg-1716970567.jpg)



