"Hörmüz boğazının güc yolu ilə açılması risklidir"
Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının məcburi şəkildə açılması üzrə hərbi əməliyyat ideyasını qeyri-real adlandırıb.
Adalet.az "Reuters"ə istinadən xəbər verir ki, o, bu barədə ABŞ Prezidenti Donald Trampın müttəfiqlərinə boğazın yenidən açılmasına kömək etmək çağırışını şərh edərkən jurnalistlərə bildirib.
E.Makron qeyd edib ki, ABŞ tərəfindən vaxtaşırı səsləndirilən güc yolu ilə həll təklifləri Fransada dəstək tapmır: "Biz heç vaxt bu variantı dəstəkləməmişik, çünki onu qeyri-real hesab edirik".
Fransa Prezidenti əlavə edib ki, belə bir əməliyyat həddindən artıq çox vaxt tələb edər və gəmiçilik üçün ciddi risklər yaradardı: "Bu, uzun müddət çəkər və boğazdan keçən hər kəsi inqilab keşikçilərinin, eləcə də ballistik raketlərin təhlükəsinə məruz qoyardı".
Digər Xəbərlər
02 Aprel 2026 16:50
Rusiya-Ukrayna danışıqlarında vasitəçi ABŞ-dir - Peskov
02 Aprel 2026 16:30
Kallas və Van İ Hörmüz boğazını müzakirə etdi
02 Aprel 2026 15:43
Hakan Fidan almaniyalı həmkarı ilə İranı müzakirə etdi
02 Aprel 2026 13:48
Cənubi Qafqaz bölgəsinə maraq artır - Kavelaşvili
02 Aprel 2026 13:14
Paşinyan Moskva səfərini və Putinlə danışıqları uğurlu adlandırıb
02 Aprel 2026 10:54
Tramp ABŞ-nin Baş prokurorunu işdən çıxarmağı düşünür - İDDİA
01 Aprel 2026 21:00
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
01 Aprel 2026 19:43


Bakı -°C

