"Son zəng" günü hava necə olacaq?
İyunun 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-55 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.
Digər Xəbərlər
15 Sentyabr 2026 10:35
Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə indiyədək neçə nəfər məskunlaşıb?
15 Sentyabr 2026 08:11
Böyük Qayıdış: Qarabağın üç yaşayış məntəqəsi bu gün doğma sakinlərini qarşılayır
15 Sentyabr 2026 00:00
Azərbaycanda Bilik Günüdür
14 Sentyabr 2026 18:00
Sahibsiz heyvanların idarə olunması üçün xüsusi müəssisələr yaradılacaq
14 Sentyabr 2026 17:51
Sabahdan iş rejimi DƏYİŞİR
14 Sentyabr 2026 15:25
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35


Bakı -°C

