27 Oktyabr 2025 12:52
79
SİYASƏT

Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

Oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək.

Adalet.az xəbər verir ki, konfrans "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusuna həsr olunub.

Konfrans çərçivəsində iştirakçılar müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması istiqamətində fikir mübadiləsi aparacaqlar.

Tədbirdə 20-dək ölkənin parlament nümayəndə heyətlərinin, eləcə də 5 beynəlxalq təşkilatın təmsilçilərinin iştirakı gözlənilir.