adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Noyabr 2018 14:46
24584
ƏDƏBİYYAT

Sizi çox istəyirəm...

Əlindən tutmuşdu,barmaqlarını bir-bir yumub açırdı, barmaqla say öyrənən

körpə uşaq kimi. Uzun barmaqlarının, iri ovcunun hərarəti vicudunutitrətsə də, içindən həlim bir duyğu keçsə də biləyindəki saatın əqrəbləri bugözəl anları qovurdu sanki.

- Niyə gərginsən?

- Gərgin deyiləm!

- Gərginsən, görürəm axı...

- Saata baxıram, vaxt qaçırelə bil. Sabah səhər gedirsən, - səsi titrədi - bir-

birimizə deyiləsi o qədər sözümüz var ki... Ancaq sən hələ beşcəbarmağımı sayıb qurtara bilmirsən...

Gülümsündü. O andacasifətinin ifadəsi dəyişdi, sanki ənsəsində, əngində dərinin

altında əzələləri titrədi. Qaşları bir az düyünləndi:

- Tələsirsən?

- Yox, ancaq borclanmaqistəmirəm.

- Kimə?

- Zamana – xəfifcəgülümsündü...

- Barmaqlarını saymırdım,deyəcəklərimi nizamlayırdım, sözləri, kəlmələri

seçirdim. İstəyirəm deyəm ki, - ani fikrə getdi.

- Məni sevirsən.

- Yox, onu deməyəcəm."Sevirəm” sözündən xoşum gəlmir, çox ucuzlaşdırıblar

bu sözü. Nənəm demişkən, lap adamın əti tökülür.

- Kim ucuzlaşdırıb axı?

- Yalançı məcnunlar, nəbilim, lap elə Üzeyir...

Hər ikisinin dodağı qaçdı:

- Nə istəyirsiz e buÜzeyirdən? Mövzunu dəyişməyək.

- İstəyirəm deyəm ki, səniçox istəyirəm.

- Nəhayət!

- Xətrimə dəyirsən.

- Niyə? Axı mən dördildi bu sözləri gözləyirəm.

- Sənə sözmü lazımdı,Nəzrin? Bəyəm mən sənə 4 ildə min dəfə, milyon dəfə etiraf etməmişəmmiistəyimi... baxışlarımla, davranışımla... Bir az incik baxışlarını uzağa – dənizinortasında yanıb sönən işıqlara dikdi.

- İncimə, məni sevdiyinibirinci kursdan bilirəm. Davranışından,məni nişanlım

kimi, məhrəmim kimi qorumağında, hər zaman yanımda olmağından,hisslərindən, həyəcanından bilirdim. Yoxsa bu saatda, burda səninlə tək...qəhərləndi – nə işim vardı. Soruşanlara "sevgilimdi”, "nişanlımdı” deyəbilmirəm, "dostumdu” deyirəm. Bir az əsəbi halda əlini çəkib:

- Səfehəm mən. Sevgisinioğlana etiraf edən qızlara nifrət edərdim. İndi özüm

həmin durumdayam sanki...

- Gərginliyi aradangötürməkçün:

- Yaxşı, möhkəm ol, sənə etirafedəcəm. Əlini buraxmadan skamyadan qalxıb bir

dizini yerə qoyub, gözlərini qırpmadan:

- Sənə çoxdan vurulmuşam. 4il əvvəl Dövlət İmtahan Komissiyasının qarşısında

yerə dağılan sənədlərini toplayıb çantana qoyan gündən. İlk baxışdansevgi deyirlər ha, bax onun kimi. Yerdən topladığım sənədlərin içindən ikiartıq şəkil də vardı. Bax, onu özümdə saxlamışdım. – Əlini köynəyinin döşcibinə salıb kiçik ölçüdə iki şəkil çıxardı.

- O vaxtdan əmanətsaxlamışam. O zamançun ən böyük arzum bu idi: kaş bu qızla

bir universitetə, bir qrupa düşəydim.

- Arzuna çatmısan ki...

- Hə, çatmışam. İlk dəfəauditoriyada rastlaşanda gülümsündük, köhnə tanışlar

kimi salamlaşdıq. Yanında oturmaq istədim, çəkindim. Keçib arxadakımasada oturdum. Elə o gündən də düşündüm ki, bu qız mənim qismətimdi, həmişəarxasında olacağam. Səni qorumağa çalışdım söz-söhbətdən, yad baxışdan, həttaəsən küləkdə də... Mənim ilk eşqim olmayıb – dodağı qaçdı – dostum İlqar kiminə uşaq baxçasında, nə orta məktəbdə qız sevməmişəm. İlk eşqim elə anam olub.Bilirsən, bacım, qardaşım yoxdu. Dünyada iki ən əziz adam var mənim üçün – anam,bir də sən. Atam mən uşaq olanda avtomobil qəzasında vəfat edib. Anam mənimçünçox dəyərlidi. Həm atamdı, həm bacımdı, həm qardaşımdı. Özü demiş, mən də onunyaşam səbəbiyəm. Anamın bir öyüdü hər zaman qulağımdadı: – Heç vaxt bir qızıincitmə, ağlatma, aldatma. Bir dəfə sev və evlən.

O üzdən sənəgözlərimdən məlum olan hisslərimə adım kimi əmin olmadan dilə gətirə bilmirdim. Bu gün Diplomumualdım, sabah əsgər gedirəm. Anama səni istədiyimi söylədim.

- Doğurdan, nə dedi? –səbirsiz, nigaran halda soruşdu.

- Hə, hər şeyidanışdım. Bilirəm, - dedi. Birinci kursdan hiss edibmiş.

- Ay Allah!- qızardı.Etiraz etdi, hə?

- Niyə ki?

- Tək övladısan. Yəqinözü qız bəlləmiş olar sənə...

- Yoox, mənim anammələk kimi qadındı. Mənim arzularımı nəzərə alır, qərarlarımla hesablaşır.

- Bəs nə dedi?

- Dedi ki, sağ-salamatget əskərliyini çək, gəl, nişan apararıq Nəzrinə.

- Doğurdan? Sevincdəngözü dolmuşdu. Özünü dünyanın xoşbəxti sayırdı o anda.

Sadiq cibindən bir gümüşüzük çıxarıb Nəzrinin barmağına taxdı.

- Bu üzük nişan üzüyüolmasa da, qızıldan olmasa da sevgi etirafimın, evlənmək təklifimin şahidiolsun. Mən qayıdana qədər qoru, barmağından çıxarma.

Hər ikisi ayağaqalxdı. Əl-ələ, üz-üzə, göz-gözə xeyli baxışdılar. Sol əlini havada bir neçədəfə o tərəf-bu tərəfə çevirib üzük taxılan barmağından öpdü. Gözlərindənyanağına yuvarlanan göz yaşını əlinin dalı ilə silib:

- Sənin əmanətini,şahidinigözüm kimi qoruyacam, söz verirəm. Səni bir an, bir saniyə unutmayacam. Sənigözləyəcəm! Ancaq sən də mənə söz ver. Cəbhə bölgəsinə düşmüsən. Söz ver ki,özünü qoruyacaqsan - Vətənçün, anançun, mənimçün...

- Kövrəlmə, beləyadımda qalarsan. Gülümsə, bir il nədi ki? Bax, səni darıxmağa qoymayacam. Axımən sıravi əsgər olmayacam. Telefonum olacaq yanımda. Hər gün səsimieşidəcəksən. Fərqlənsəm məzuniyyət də verərlər yəqin ki...

Sonra yanağına istinəfəs toxundu...

-Xanım, ay xanım, -çiyninə toxunan əl onu diksindirdi, gözlərini açıb yana baxdı. - Niyəağlayırsız? Üşüyürsüz, xəstələnmisiz? Sizə taksi çağıraq? Qarşısında dayanan,ona məyus-məyus baxan gənc oğlanla qızı süzüb:

- Lazım deyil,yaxşıyam. Üşümürəm, mənə burda istidi – dedi. Onu ömrünün ən şirin xatirəsindənayırdıqlarına görə onlara hirsləndi də. Hələ də qarşısında dayanıb üzünə baxangənclərə:

- Nəyə baxırsız? Çıxıngedin, mən yaxşıyam – dedi. Yenə gözlərini uzağa – dənizdəki qaraltıya zilləyibxəyallarını vərəqlədi. Sonuncu görüşləri...

Martayı idi. Sadiq bir həftəlik məzuniyyətə gəlmişdi. Nümunəvi xidmətinə görə ona 3ay əvvəl də məzuniyyət vermək istəmişdilər. Novruz bayramında anasını təkqoymamaq üçün məzuniyyətin vaxtını mart ayına salmağı komandirdən xahişetmişdi. Komandir də bu çalışqan, məsuliyyətli, ağıllı əsgərlə razılaşmışdı...Martın 25-i – məzuniyyətin sonuncu günü idi. Səhər tezdən hərbi hissəyəqayıtmalı idi. Son görüşlərində oturduqları skamyada – dəniz kənarında idilər. Havasoyuq olduğundan ətrafda heç kəs görünmürdü.Yaz axşamının sazağında Nəzrininburnu qızarmış, əlləri titrəyirdi.

- Əsirsən, sənə soyuqolar. Gedək yaxındakı kafeyə.

- Yox, üşümürəm. Səngedəndən bura mənim ən əziz məkanımdı. Hər gün olmasa da 2-3 gündənbir gəlirəmbura. Xidmətini qurtarana qədər gələcəm, səni burda gözləyəcəm – səsi titrədi.

- Ay dəli, niyəkövrəlirsən? Daha nə qalıb ki? Üçcə ay. Mart bitir, aprel, may, iyun... Qayıdankimi nişanlanarıq. Özümə iş tapım, payızda da toyumuzu edərik. Qərarından razıhalda gülümsündü, - anam da toy həvəsindədi. Sonra keyfini açmaq üçün iki barmağı ilə xəfifcəonun qızarmış burnunu sıxdı. Nəzrin dolmuş gözlərini silərək gülümsündü:

- Zarafatındanqalmırsan.

- Bax, gözlə ha! – Ərkləşəhadət barmağını silkələdi. – Bilirsən, andıma sadiq oğlanam mən. Sənə də,anama da söz vermişəm, qayıdacam. Mənimşün dünyanın ən əziz iki qadınınıbəxtəvər edəcəm...

Bir həftə sonra, cəmi birhəftə sonra dünya al-üst oldu sanki. Bütün ölkə təlatüm

içindəydi. Döyüş başlamışdı – Aprel döyüşləri. Cəbhədən qarışıqxəbərlər yayılırdı. Havadan qan iyi gəlirdi... Sadiqdən xəbər tuta bilmirdilər,telefonuna zəng çatmırdı. Anası hərbi komissarlığa ayaq döyürdü hər gün.Qohum-qonşu evlərindən ayrılmırdılar. Dua edə-edə ağlayanlara anası çımxırırdıda:

- Ağlamayın, mənimbalam sağdı, döyüşür. Mənim balam mənə söz verib. Mənim balam sözünə sadiqoğuldu. Mənim balam ölə bilməz!...

Nəhayət 5 gün sonraxəbər gəldi. Qara xəbər darvazanı laybalay açmışdı ki, əsgərlərin çiynindəbayraqla bəzənmiş cənazə son dəfə doğma ocağı ilə vidalaşsın...

...Dəfn mərasimi çoxizdihamlı idi. İnsan axınının ucu-bucağı görünmürdü. Bir evin oğlunu bütün elson mənzilə yola salırdı. İzdihamın başı üzərində bayraqlar dalğalanırdı."Şəhidlər ölməz, Vətən bölünməz”, nidası cənazə başında Quran oxuyan mollanınsəsini batırırdı...

Dəfn zamanı çıxışedən yüksək rütbəli zabit Sadiqin anasına yaxınlaşıb tabutun üzərinə sərilmişbayrağı ona verdi və əlini döş cibinə salıb bir balaca kağız parçası çıxardı:

- Sizə çatacaq.Sadiqin son məktubudu. Ana göz yaşları içində boğula-boğula üstündə qan ləkəsiolan kağızı açdı. Tələsik, səliqəsiz yazılmış iki-üç cümlə oxudu: "Ana, Nəzrin,sizə söz vermişdim ki, mütləq qayıdacağam. Mən Vətən qarşısında da müqəddəsborcumu yerinə yetirməyə söz vermişəm. Qanlı döyüşə gedirəm, qayıtmasambağışlayın. Sizi çox istəyirəm.”

Ana başını qaldırıbgözləri ilə oğlunun tələbə yoldaşlarının arasında Nəzrini axtardı. Qızlar qarayaylıqlı ağlamaqdan gözləri şişmiş, bənizi solmuş Nəzrini ovutmağaçalışırdılar. İzdihamı aralayıb Nəzrinə tərəf getdi:

- Gəl qızım, gəl!Oğlumun əmanəti, ilk və son məhəbbəti. – Onu qucaqlayıb bağrına basdı, pərişansaçlarından öpdü. Qoynuna soxduğu bayrağı və məktubu Nəzrinin əllərinə təslimetdi: - Oğlumun əmanəti qoy səndə qalsın. Mən Sadiqdən sonra çətin ki, yaşayam.Oğlumun Vətən məhəbbəti Ana, Yar məhəbbətindən daha güclü imiş...

Dənizdən əsən küləksaçlarını üzünə dağıtdı. Üz-gözünü silib skamyadan qalxdı. Ovcundakı kağızparçasını cibinə qoyub pıçıldadı:

- ...Qayıtmasambağışlayın, sizi çox istəyirəm...


Yaqut Bahadurqızı