adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Noyabr 2018 11:00
2276
HADİSƏ

Siyəzəndə “KAMAZ”la “Mercedes” toqquşub: ölən var

Siyəzən rayonunda "KAMAZ”la "Mercedes” toqquşub. Adalet.az-ın məlumatına görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb. ​