Sirli və maraqlı dövrə özəl baxış... - Aida Adıgözəl yazır
Dünən Zaman Qarayevin "Əlincə qalası" kitabını bir daha oxudum. Söhbət kitabın zəif güclü alınmasından getmir, eynəklə oxuma sürətimi yoxlamaq istəyirdim. Kiril əlifbasında olan bu 183 səhifəlik əsəri hardasa dincələ-dincələ 3 saata bitirdim. İnsanın beyni doğrudan da uşaq və gənc yaşda çox təmiz olurmuş. Nə oxuyursan maqnit kimi beyinə hopurmuş. 90-cı illərdə latın qrafikasına keçilsə də gözlərim nə oxu müddətində latın əlifbasına alışa bildi, nə də yazıda xəttim düzəldi. Kirildə yaxşı xətti olan mən indi latınca həkim resepti kimi yazıram. Beynim çox sürətlə düşünür deyə barmaqlarım yazıda qeydə alıb çatdıra bilmir kimimə gəlir...
Əmir Teymur-İldırım Bayazid-Şah İsmayil Xətaiyəcən olan bir tarixi dövr var, bu dövr mənə o qədər sirli və maraqlıdır ki...
Dünyaya meydan oxuyan bu məğlubedilməz manyak tiran Teymurun Qafqaz-Kiçik Asiya-Hindistan-İran-Qızıl Orda və Osmanlı torpaqları arasındakı döyüşlər nə qədər dəhşətli izlər buraxıb. Ən pisi isə bu türk imperatorlarının bir-birinə əyilməzliyi, mənəm-mənəmliyi üzündən birləşə bilməmələri türk dünyasının gələcəyinə ağır zərbələr vurub. Teymurun onunla döyüşmək istəməməsinə rəğmən Bayazidin onunla üz-üzə gəlməsi, məğlub olması və az qala yüz il sonra daha bir türk fatehi Sultan Səlim Yavuzun Şah İsmayılı məğlub etməsi... hansı ki türk qüruruna yenilməsəydilər, siyasi güclərini birləşdirsəydilər dünya xəritəsini bu gün başqa bir şəkildə görərdik!..
Hələ bu tarixi keçidin içində Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması və süqutu...
Oxuduqca düşünürdüm, hardan-hara gəlmişik.
Xarəzm üzərinə yeriyən və oranı alan Əmir Teymurun fars şairi Firdovsinin məzarı üzərində söylədiyi tarixə köçmüş bir ifadə var - " Ey, Firdovsi, qalx, hər sətrində pislədiyin məğlub türkü indi gör. Qalx, bax, İsfahan gözəldir yoxsa Səmərqənd? Bağdaddan bu yatdığını yerə qədər bir nəfər də belə olsun sağ fars buraxmadım! Artıq topal ayağımın basdığı yerdə ot bitmir!"
Sonralar Osmanlı üzərinə yeriyən, Sivas qalasını fəth edən Teymur təslim zamanı şəhər qalabəyisinə qan tökməyəcəyinə söz verir, yalnız ona döyüş vaxtı müqavimət göstərən 4 min erməni oxçunun verilməsini istəyir. Özlərinə xəndək qazdırıb onları diri-diri basdıtdıran Teymur deyir-"görürsüz qan tökmədim"...
Həyatı boyu bu iki xalqa (fars-erməni) nifrət edən Teymurun daha bir məşhur ifadəsi var-
"Erməniləri bir millət olaraq yer üzündən silmədiyim üçün gələcəkdə ya məni alqışlayacaqlar, ya da lənət yağdıracaqlar"...
Əslində müdrik Türk fatehinin gələcəkdə Türk toplumuna ötürdüyü mesaja bu gün baxsaq nə qədər haqlı olduğunu anlamış oluruq...