Siqaret reklamı və tütün şirkətlərinə sponsorluq edilməsinə qadağa
Azərbaycanda tütün və tütün məmulatların reklamı qadağan olunur, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilir.
Adalet.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Tütün və tütün məmulatı haqqında” qanuna əlavə və dəyişikliklər müzakirə olunub. Qanunun 20-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütünün, tütün məmulatının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır. Qanuna aşağıdakı məzmunda 20.3-cü maddə əlavə edilir: "Tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 13.4-cü və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər".
Layihə səsə qoyularaq qəbul edilib.
Digər Xəbərlər
13 Dekabr 2025 15:54
Azərbaycanda 1C üzrə ilk praktiki seminar keçirildi - FOTOLAR
12 Dekabr 2025 17:35
Kafe və restoranların dövriyyəsi 2.5 mlrd. manata yaxınlaşıb
12 Dekabr 2025 17:11
Vəfat edən şəxsin sığorta məbləği ailəsinə veriləcək? - AÇIQLAMA
12 Dekabr 2025 14:20
Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
12 Dekabr 2025 10:50
“Strateji qida menyusu artıq bizim adət etdiyimiz kimi mətbəxlərdə bişmir...”
11 Dekabr 2025 15:07
“Azərbaycanın kredit reytinqinin yüksəlməsi hər zaman müsbət siqnaldır”
10 Dekabr 2025 17:20
İqtisadi Şura və İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirildi - FOTOLAR
10 Dekabr 2025 13:47


Bakı -°C

