Mqer Qriqoryan: "Azərbaycan neft məhsullarının idxalı üçün imkanlar var"
"Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracı məsələsi bu yaxınlarda müzakirə olunub".
Adalet.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İrəvan və Bakının Azərbaycandan yanacaq idxalı ilə bağlı artıq razılığa gəlib-gəlmədiyi ilə bağlı jurnalistlərin sualına cavab olaraq bildirib.
"Bəli, müzakirələr aparılıb və əməkdaşlıq üçün imkanlar var", - deyə o qeyd edib.
Azərbaycan yanacaq idxalının hansı həcmdə olacağı, hansı Ermənistan şirkətlərinin Azərbaycandan neft almaq niyyətində olduğu, Azərbaycanın Ermənistana neft və neft məhsullarını hansı qiymətə satılacağı ilə bağlı suallara isə dəqiq cavab verməyib.
"Yanacaqla bağlı gələcək addımlar artıq özəl ixracatçılar və idxalçılar arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir, mümkün razılaşmaların şərtləri isə bazar mexanizmləri ilə müəyyən ediləcək", - deyə o bildirib.
Digər Xəbərlər
24 Mart 2026 16:01
Qızıl və gümüş bahalaşdı
24 Mart 2026 10:30
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və qarabaşaq göndərildi
24 Mart 2026 09:27
Azərbaycan nefti ucuzlaşdı
23 Mart 2026 15:30
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
23 Mart 2026 12:21
“Yalnız qənaətə fokuslanmış nə dövlət, nə də insan inkişaf edə bilməz...”
23 Mart 2026 10:21
“Brent” ucuzlaşdı
23 Mart 2026 09:19
Azərbaycan yapışdırıcı maddələrin istehsalını artırıb
22 Mart 2026 13:01


Bakı -°C

